Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 8 min 348 müraciət daxil olub

02.02.2022 [10:42]
Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 8 min 348 müraciət daxil olub. Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən ...

Sabah “Ruhumun ünvanı Şuşa!” respublika rəsm müsabiqəsi başlayır

02.02.2022 [10:38]
Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ruhumun ünvanı Şuşa!” respublika rəsm müsabiqəsi fevralın 3-dən başlayır ...

AMEA-nın əməkdaşı elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülüb

02.02.2022 [10:37]
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamı ilə elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən ...

“Avtoyükləyici operator” təliminə müraciətlərin qəbulu sabah yekunlaşır

02.02.2022 [10:34]
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtoyükləyici operator” təliminə müraciətlərin qəbulu sabah yekunlaşır. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak etmək üçün müraciətlər fevralın 3-dək qəbul olunur. Təlimə seçilmiş iştirakçılar avtoyükləyicilərin ...

Akademik Cəlal Əliyevin xatirəsi anılıb

02.02.2022 [10:26]
Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin və çoxsaylı yüksək məhsuldar sortların yaradılmasında əvəzolunmaz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından altı il ötür. AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ...

Pedaqoji Universitetin Tələbə Gənclər Təşkilatı üçüncü dəfə “İlin ən yaxşı tələbə gənclər təşkilatı” adına layiq görülüb

02.02.2022 [10:23]
Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunan tələbə gənclər təşkilatlarının “I strateji planlaşdırma forumu” keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetindən AZƏRTAC-a ...

Təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir

02.02.2022 [10:08]
Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə ...

Qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat bu gün başa çatır

02.02.2022 [10:04]
Qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat bu gün başa çatır. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahana yazılış fevralın 2-si saat 23:59-dək aparılacaq. Sınaq imtahanında ...

BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

01.02.2022 [18:21]
Bu gün Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb ...

Bakı Slavyan Universitetində Gənclər Günü qeyd olunub

01.02.2022 [17:31]
Fevralın 1-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Cümlə gənclər müştaqdır!” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Universitetin tələbə ictimai təşkilatlarının ...

AMEA-nın magistraturalarında qış imtahan sessiyası başa çatıb

01.02.2022 [17:20]
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, müəyyən olunmuş qrafikə əsasən, imtahanlar yanvarın 5-dən fevralın 2-dək AMEA-nın magistratura təhsilini həyata keçirən ...

Yanvar ayı ərzində 261 müəllim işə qəbul olunub

01.02.2022 [17:14]
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində həyata keçirilən əlavə yerləşdirmə mərhələsində müvafiq vakansiyalara işə qəbul olunan namizədlərin statistikası açıqlanıb. Təhsil İnstitutunun nəzdində İnsan resursları mərkəzindən AZƏRTAC-a bildirilib ki, yanvar ayı üzrə ümumilikdə ...

Mərkəzi Elmi Kitabxana Xəzər Gənclər Evinə 30 adda kitab hədiyyə edib

01.02.2022 [17:05]
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) mübadilə fondundan Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Xəzər Gənclər Evi sosial xidmət müəssisəsinə 30 adda kitab hədiyyə edilib ...

BDU-nun Tələbə Gənclər Təşkilatı ən fəal tələbə təşkilatı seçilib

01.02.2022 [16:51]
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsində fəaliyyətinə görə “İlin tələbə gənclər təşkilatı” nominasiyası üzrə mükafata layiq görülüb ...

DİM: Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

01.02.2022 [16:46]
Fevralın 1-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantı müzakirə olunub ...

Sinif rəhbərləri üçün ödənişsiz təlim kursu təşkil olunacaq

01.02.2022 [16:36]
Fevral ayından ümumi təhsil müəssisələrinin sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq. Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 12 saat nəzərdə tutulan təlimlər zamanı müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 18 suriyalı təhsil alır

01.02.2022 [16:32]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilində 18 suriyalı təhsil alır. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, universitetdə əcnəbi tələbələrin təhsili üçün bütün lazımi şərait yaradılıb ...

“Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu aparılır

01.02.2022 [16:24]
Türkiyə Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə elan olunmuş “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini ...

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

01.02.2022 [16:11]
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 13-də keçiriləcək test imtahanına qeydiyyat davam edir. DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 3-ü saat 18:00-dək ...