“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılıb və əsaslı redaktə edilib

05.03.2022 [13:29]
“Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertləri tərəfindən “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində “Şuşa İli” çərçivəsində onlarla məqalə yaradılıb və əsaslı şəkildə redaktə olunub. Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib ...

Haaqada “Şuşa İli” çərçivəsində ədəbi-bədii gecə keçirilib

05.03.2022 [09:07]
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi, Niderland Milli Teatrı və “Avrasiya Türk Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq ədalət şəhəri Haaqada Niderland Milli Teatrının binasında “Şuşa İli” çərçivəsində “Natəvanın ayaq izləri” adlı ədəbi-bədii gecə keçirilib ...

Şuşa - Qafqazın sənət məbədi

04.03.2022 [16:04]
Şəki Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Baş Daşağıl kənd kitabxana filialında “Şuşa İli” ilə əlaqədar sərgi təşkil edilib. AZƏRTAC xəbər verir ki, sərgidə bu il 270 illiyi qeyd olunan Şuşanın zəngin tarixi keçmişini ...

“Şuşa İli” çərçivəsində hekayə və esse müsabiqəsi elan edilib

04.03.2022 [15:02]
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsi elan edib. Bu barədə AZƏRTAC-a ...

Şuşa şəhəri ilə bağlı filmlər rəqəmsal formatda bərpa ediləcək

04.03.2022 [12:43]
Dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Beş bölmədən ibarət Tədbirlər planında audiovizual və çap materiallarının hazırlanması da ayrıca qeyd olunub. Bu bölmədə “Azərbaycan Dövlət ...

Nizami rayonunda “Şuşa İli”nə həsr olunmuş musiqili-bədii gecə keçirilib

03.03.2022 [17:06]
Nizami rayonundakı 220 nömrəli məktəb-liseydə “Şuşa İli”nə həsr olunmuş musiqili-bədii gecə keçirilib. AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin ...

Şuşa şəhəri xalqımız üçün çox böyük tarixi əhəmiyyətə malikdir

03.03.2022 [15:47]
Şuşa xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən gözəl bir diyardır. Bu şəhər bütün dövrlərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında ...

“Şuşa Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya təşkil olunub

03.03.2022 [11:54]
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Şuşa Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib ...

Lənkəran teatrı “Haqqın 44 günü” tamaşasının premyerasına hazırlaşır  FOTO

02.03.2022 [15:43]
2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” adlı səhnə əsəri tamaşaya hazırlanıb. Artıq tamaşanın ictimai baxışı da keçirilib. Qəhrəmanlıq ruhunda ərsəyə gətirilmiş səhnə əsərinin yaxın günlərdə premyerası olacaq ...

Azad Şuşamızda “Şuşa İli”

01.03.2022 [11:00]
Qırx dörd günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra həmin ərazilərdə geniş infrastruktur layihələri ilə yanaşı, mədəni dəyərlərimizin yenidən əzəli yurd yerlərimizə qaytarılması istiqamətində davamlı iş aparılır ...

Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsindən FOTOREPORTAJ VİDEO

01.03.2022 [10:48]
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı ...

“Şuşa İli” çərçivəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısına mühüm vəzifələr qoyulub

28.02.2022 [18:39]
AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri akademik Rasim Əliquliyev onlayn iclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr haqqında çıxış edib ...

“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşa muğamlarına həsr olunub VİDEO

28.02.2022 [17:46]
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa muğamlarına həsr olunub. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib ...

Yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunan elmi tədqiqat işləri aparılacaq

26.02.2022 [15:40]
2022-ci ildə yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunan elmi tədqiqat işləri aparılacaq, məqalələr dərc olunacaq. AZƏRTAC xəbər verir ki, bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirlər planına əsasən elmi əsər, monoqrafiya, antologiyalar da nəşr ediləcək ...

Şuşaya həsr edilən ensiklopediya hazırlanacaq

26.02.2022 [12:24]
Şuşaya həsr edilən ensiklopediya nəşrə hazırlanacaq və müxtəlif dillərə tərcümə ediləcək. AZƏRTAC xəbər verir ki, bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirlər planına əsasən Ensiklopediyanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ...

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

25.02.2022 [20:16]
Baş nazir Əli Əsədov fevralın 25-də “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” sərəncam imzalayıb. AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar ...

Azərbaycanın İrandakı səfirliyinin kollektivi şəhid övladını xəstəxanada ziyarət edib

25.02.2022 [12:59]
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin kollektivi Vətən müharibəsinin iştirakçısı, şəhid Şahhüseyinli Zeynal Fizuli oğlunun Tehran şəhərində müalicə olunan azyaşlı övladını xəstəxanada ziyarət edib. AZƏRTAC xəbər verir ki, onkoloji ...

MDU-da “Şuşa İli” çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib

25.02.2022 [07:21]
Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Texniki və Humanitar lisey və 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Dürrü Yekta: MDU-da Məclisi Üns” adlı tədbir keçirilib. Universitetdən ...

Şuşa şəhərinin 270 illiyinə həsr olunan beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır

24.02.2022 [11:24]
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında ...