Mehdiabad musiqi məktəbinin yetirməsi beynəlxalq müsabiqədə ikinci yeri tutub
Sumqayıt, 3 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi növbəti uğur əldə edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin yetirməsi - V sinif şagirdi Mehdi Vəliyev Türkiyədə təşkil olunan lll Beynəlxalq “MELODY” müsabiqəsinə qatılıb. Qarmon ixtisası nominasiyada iştirak edən Mehdi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Cəngi” əsərini ifa edib. Çıxış münsiflər tərəfindən rəğbətlə qarşılanıb və o, ikinci dərəcəli diplomla mükafatlandırılıb.
Mehdini müsabiqəyə məktəbin qarmon müəllimi Anar Niftullayev hazırlayıb.