Dövlət Sosial Müdafiə Fondu “Şuşa İli” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib
Bakı, 2 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa İli” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2 günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, Xalq artisti Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.
Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.