Şuşa musiqi məktəbinin müəllimləri mükafatlandırılıb
Sumqayıt, 4 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin bir qrup müəllimi səmərəli əmək fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev mədəniyyət naziri Anar Kərimovun imzaladığı fəxri fərmanları Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin müəllim kollektivinə təqdim edib.
İdarə rəisi müəllim kollektivini təbrik edərək, onlara yeni-yeni nailiyyətlər və qarşıya qoyduqları məqsədlərə nail olmağı arzulayıb.
Göstərilən diqqətə görə təşəkkür edən müəllimlər bundan sonra da mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verəcəyini və bu istiqamətdə yeni uğurlara imza atacaqlarını bildiriblər.