Yağan güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

11.01.2023 [14:16]
Güclü qarın yağması və güclü külək, eləcə də yolların buz bağlaması Gürcüstanda ciddi problemlər yaradıb. AZƏRTAC xəbər verir ki, hazırda Gürcüstanı Rusiya ilə birləşdirən yeganə Yuxarı Lars magistralında avtomobillərin hərəkəti dayanıb ...

Aİ-nin neft embarqosu səbəbindən Rusiya gündə 160 milyon avro itirir

11.01.2023 [13:01]
Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin (CREA) araşdırmasına görə, embarqo və qiymət həddi səbəbindən Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlir xeyli azalıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sanksiyalar RF-nin xam neft gəlirlərinin ...

Almaniyada qaz qıtlığı təhlükəsi minimuma endirilib

11.01.2023 [12:57]
Bu il Almaniyada yanacaq qıtlığı gözlənilmir. Hətta Rusiya tərəfindən “Köhnə Dünya” ölkələrinə təbii qaz tədarükü tamamilə dayandırılacağı təqdirdə də narahat olmağa dəyməz. AZƏRTAC xəbər verir ki, bu gün alman qəzetləri, o cümlədən “Bild” nəşri bu barədə yazır ...

2022-ci ildə Rusiyadan Qırğızıstana 2,6 milyard dollar köçürülüb

11.01.2023 [12:13]
2022-ci ilin 11 ayı ərzində pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Qırğızıstana rekord həcmdə - 2,6 milyard dollar köçürülüb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankının hesabatında deyilir. Bu, ölkələr arasında pul köçürülmələrin həcminə görə maksimum göstəricidir ...

Parisdə naməlum şəxs 6 nəfəri bıçaqla yaralayıb

11.01.2023 [11:49]
Bu gün Parisin Şimal vağzalında bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində biri polis əməkdaşı olmaqla, azı 6 nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi polisdəki mənbələrə istinadla məlumat yayıb ...

İsveçrə prokurorluğu FIFA-nın prezidenti Canni İnfantinonu dindirib

11.01.2023 [11:33]
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino yanvarın 10-da vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib. AZƏRTAC “Le Monde” qəzetinə istinadla xəbər verir ki, Canni İnfantino vəzifə səlahiyyətlərindən ...

Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub VİDEO

11.01.2023 [11:10]
Kaliforniyada baş vermiş tufan nəticəsində azı 16 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, ştatda havanın pisləşməsi daşqınlara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Kaliforniya ştatının qubernatoru Gevin Nyusom bazar ertəsi keçirdiyi mətbuat konfransında ...

Polşa müdafiə strategiyasını dəyişir

11.01.2023 [08:43]
Polşa Şərqdən hücum olacağı təqdirdə ölkənin müdafiəsi üçün əməliyyat planını dəyişib. İndi Polşa ordusu müdafiəni əvvəllər nəzərdə tutulduğu kimi ölkənin dərinliklərində deyil, birbaşa Rusiya və Belarusla sərhəddə saxlamaq niyyətindədir ...

Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib

11.01.2023 [07:29]
Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb. Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib ...

Gürcüstanda yaşıl enerji layihəsi əsasında külək elektrik stansiyası inşa olunacaq

11.01.2023 [06:32]
Gürcüstan hökuməti Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasından sonra ölkədə elektrik enerjisi istehsalına diqqəti artırıb ...

Papa Fransisk İtaliyanın Baş naziri ilə Ukrayna münaqişəsini müzakirə edib

11.01.2023 [05:20]
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb. AZƏRTAC xəbər verir ki, 35 dəqiqə davam edən görüşdə yoxsulluğa qarşı mübarizə, demoqrafik problemlər, gənclərin təhsili, o cümlədən Avropadakı proseslər, Ukrayna münaqişəsi ...

Bolqarıstan İstanbuldakı hücumda təqsirli bilinən şəxsi Türkiyəyə təhvil verib

11.01.2023 [04:04]
Bolqarıstan ötən il noyabrın 13-də İstanbulda, İstiqlal prospektində törədilən terror aktında şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu T24 telekanalına müsahibəsində deyib ...

Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

11.01.2023 [00:31]
Türkiyənin dəniz akvatoriyasında 4,4 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ...

İrana qarşı yeni sanksiyalar tətbiq olunub

10.01.2023 [16:49]
Kanada növbəti dəfə İrana qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib. Kanadanın xarici işlər naziri Melani Joli bildirib ki, İran hakimiyyəti kütləvi aksiya iştirakçılarına qarşı həddən artıq qəddar davranır və həbs olunanları edam edir ...

UNICEF: 2021-ci ildə hər 4,4 saniyədə bir uşaq həyatını itirib

10.01.2023 [15:20]
2021-ci ildə dünya üzrə təxminən beş yaşınadək beş milyon uşaq ölüb. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT-nin Uşaq Fondu (UNICEF) yayıb. Uşaq ölümlərinin qiymətləndirilməsinə dair təşkilatdaxili qrupun ...

D.Peskov: Ermənistanın KTMT ilə bağlı qərarı araşdırılacaq

10.01.2023 [14:47]
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın bu qurumla bağlı mövqeyini araşdıracaq. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib ...

Avstraliya ABŞ istehsalı olan “HIMARS” reaktiv artilleriya sistemlərini əldə edəcək

10.01.2023 [13:48]
Avstraliya hökuməti silahlı qüvvələrin inkişafı məqsədilə ABŞ istehsalı olan “HIMARS” yüksək mobilliyə malik raket-artilleriya sistemlərinin əldə edilməsi barədə qərar qəbul edib. AZƏRTAC Avstraliya KİV-ə istinadla xəbər verir ki, məqsəd son vaxtlar Hind-Sakit okean ...

Politico: ABŞ-da “PepsiCo” və “Coca-Cola”ya qarşı təhqiqatlar başlayıb

10.01.2023 [11:32]
ABŞ Federal Ticarət Komissiyası (FTC) mağazalara məhsul tədarükündə qiymət ayrı-seçkiliyi şübhəsi ilə sərinləşdirici içki istehsalçıları “PepsiCo” və “Coca-Cola” kompaniyalarına qarşı ilkin təhqiqata başlayıb. AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb ...

“Yedinaya Rossiya” Partiyası xüsusi hərbi əməliyyatın əleyhdarlarını sıralarından çıxarır

10.01.2023 [11:19]
Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyası Ukraynada xüsusi hərbi əməliyyatın əleyhdarlarını sıralarından çıxarır. AZƏRTAC xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazır. Hakim partiyadakı mənbə qəzetə bildirib ki, “Yedinaya Rossiya”nın 25 milyon üzvündən hazırda 13 milyon nəfər qalıb ...