Kanadada avtomobilin piyadaları vurması nəticəsində azı iki nəfər ölüb
AzerTAg.az
14.03.2023 [04:04]
Kanadanın Kvebek ştatının Amki şəhərində sürücünün pikap avtomobilini piyadaların üzərinə sürməsi nəticəsində ən azı iki nəfər ölüb, 9 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli polisə istinadən CBC teleradio korporasiyası məlumat yayıb ...
Rusiya taxıl müqaviləsinin müddətinin uzadılmasına etiraz etmir
AzerTAg.az
13.03.2023 [22:00]
Rusiya taxıl müqaviləsinin müddətinin 60 gün uzadılmasına etiraz etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Nazir müavini BMT nümayəndələri ilə Cenevrədə aparılmış məsləhətləşmələrin yekunlarını şərh edib ...
Səudiyyə Ərəbistanının naziri: İranla ciddi fikir ayrılıqları həllini tapmayıb
AzerTAg.az
13.03.2023 [21:26]
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan deyib ki, İranla diplomatik əlaqələrin bərpası üzrə razılaşma ixtilafları kommunikasiya və dialoq yolu ilə həll etmək sahəsində qarşılıqlı istəyi təsdiqləyir, lakin bu, iki ölkə arasındakı bütün fikir ayrılıqlarının ...
Türkiyədə seçkilərin təhlükəsizliyini güc strukturlarının 600 mindən çox əməkdaşı qoruyacaq
AzerTAg.az
13.03.2023 [19:19]
Türkiyənin Daxili İşlər Nazirliyi güc strukturlarının 600 mindən çox əməkdaşını mayın 14-də keçiriləcək ümumi seçkilərdə təhlükəsizliyin təmin olunmasına cəlb edəcək.AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlik 326 min əməkdaşını və 200 mindən çox jandarmı səsvermə məntəqələrinin mühafizəsinə ...
Rusiyada həqiqi hərbi xidmətə çağırışla bağlı dəyişikliklər təklif olunur
AzerTAg.az
13.03.2023 [16:30]
Rusiyada həqiqi hərbi xidmətə çağırış yaşının aşağı həddi 21 yaşa, yuxarı həddi isə 30 yaşadək artırıla bilər.
AZƏRTAC xəbər verir ki, martın 13-də Rusiya Dövlət Dumasına bu barədə qanun layihəsi daxil olub. Layihəyə əsasən, həqiqi hərbi xidmətə çağırış üçün yaş hədlərinin 2026-cı ilədək mərhələlərlə dəyişdirilməsi nəzərdə tutulur ...
Si Cinpin Volodimir Zelenski ilə online-görüş keçirməyi planlaşdırır
AzerTAg.az
13.03.2023 [16:23]
ÇXR-in Sədri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenski ilə online-görüş keçirməyi planlaşdırır.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Si Cinpin gələn həftə Moskvaya səfər edərək Rusiya Prezidenti ...
El Pais: Ötən il Avropaya silah idxalı 92 faiz artıb
AzerTAg.az
13.03.2023 [15:30]
Ukrayna müharibəsi səbəbindən Avropa ölkələri soyuq müharibə dövrünün sonundan bəri misilsiz templərlə silah tədarük edir.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, 2022-ci ildə Avropaya silah idxalı 92 faiz artıb ki, bu da Berlin divarı söküləndən sonra qeydə alınan ən böyük illik artımdır ...
ABŞ-dən Türkiyəyə silah ixracı kəskin azalıb
AzerTAg.az
13.03.2023 [15:16]
Amerika Birləşmiş Ştatlarından (ABŞ) Türkiyəyə silah ixracı kəskin azalıb. Bu, iki ölkə arasında münasibətlərin pisləşməsi və Türkiyənin hərbi-sənaye kompleksi ixracatının artması fonunda baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun ...
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48,5 min nəfərə yaxınlaşıb
AzerTAg.az
13.03.2023 [14:22]
Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 48 min 448 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyənin daxili işlər naziri Süleyman Soylu tərəfindən açıqlanıb.
Onun sözlərinə görə, həyatını itirənlərin 6 min 660 nəfəri xarici ölkə vətəndaşıdır ...
Ukrayna Quru Qoşunlarının komandanı Baxmutdakı son vəziyyəti açıqlayıb
AzerTAg.az
13.03.2023 [14:02]
Martın 13-ü səhər saatlarına olan məlumata görə, Baxmutda vəziyyət ağır olaraq qalır. "Vaqner" muzdluları müdafiəni yarıb şəhərin mərkəzinə girməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırskiy çıxış edib ...
Cənubi Koreya və ABŞ “Freedom Shield” təlimlərinə başlayıb
AzerTAg.az
13.03.2023 [13:51]
Cənubi Koreya və ABŞ martın 13-də “Freedom Shield” komanda-qərargah təlimlərinə başlayıb. Birgə təlimləri miqyaslı “Warrior Shield” manevrləri müşayiət edəcək.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, kompüter ...
Beynəlxalq silah satışının həcmi son beş ildə 5,1 faiz azalıb - araşdırma
AzerTAg.az
13.03.2023 [12:46]
Avropaya silah tədarükü 47 faiz artıb, dünya üzrə silah alverində Amerikanın üstünlüyü isə artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun (SIPRI) yeni araşdırmasının nəticələri belədir.
İnstitutun məlumatına görə, 2018-2022-ci illərdə Avropa dövlətləri tərəfindən ...
İranda kütləvi aksiyalar səngimir
AzerTAg.az
13.03.2023 [10:05]
İranı yenidən kütləvi aksiyalar bürüyüb. Ötən həftənin sonlarında Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək hakimiyyətdə təmsil olunan şəxslərin deyil ...
SIPRI ABŞ və Rusiyanı silah ixracında lider adlandırıb
AzerTAg.az
13.03.2023 [07:10]
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) 2018-2022-ci illərdə dünyada silah ticarətinin vəziyyəti barədə hesabatını dərc edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hesabata görə, ABŞ və Rusiya əsas ixracatçı olaraq qalır, halbuki Rusiyada silah satışının həcmi əvvəlki beşillik ...
Hatayda 4,4 bal gücündə zəlzələ baş verib
AzerTAg.az
13.03.2023 [06:53]
Türkiyənin Hatay vilayətinin Hassa rayonunda yerli vaxtla saat 05:23-də 4,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumatda zəlzələ ocağının ...
Malatyada ikinci zəlzələ oldu YENİLƏNİB
AzerTAg.az
13.03.2023 [06:41]
Türkiyənin Malatya bölgəsinin Pütürgə rayonunda yerli vaxtla saat 05:13-də 4,5 bal gücündə növbəti zəlzələ oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) tviter hesabında qeyd olunub ...
Britaniya hökuməti növbəti iki il ərzində hərbi büdcəsini 6 milyard dollar artıracaq
AzerTAg.az
13.03.2023 [05:51]
Böyük Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda növbəti iki il ərzində müdafiə xərclərini 6 milyard dollar artıracaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın dəftərxanasının yaydığı bəyanatda deyilir ...
“Yonhap”: KXDR sualtı qayıqdan iki qanadlı raket buraxıb
AzerTAg.az
13.03.2023 [04:44]
KXDR sualtı qayıqdan iki qanadlı raket buraxdığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi KXDR kütləvi informasiya vasitələrinə istinadla məlumat yayıb. Məlumata görə, söhbət “strateji qanadlı raketlərdən” gedir ...
Makronun zibilliyə çevirdiyi Paris
AzerTAg.az
13.03.2023 [03:58]
Fransada pensiya islahatına dair qanun layihəsinə etirazlar davam edir. Ölkədə tullantıların emalı zavodlarının blokadaya alınması sürətlənir. Parisin təmizliyi ilə məşğul olan insanlar Emmanuel Makronun yeni pensiya islahatına etiraz olaraq tətil edir və bir həftədir ki, paytaxtda məişət tullantıları, zibillər səkilərə yığılır ...
MULTİMEDİA
10.06.2023 [22:08]
10.06.2023 [19:36]
10.06.2023 [19:30]
10.06.2023 [18:29]