Yaponiyadakı hərracda çiy balina əti rekord qiymətə satılıb

14.11.2022 [17:30]
Noyabrın 14-də Yaponiyanın Yamaquçi prefekturasında keçirilən hərracda çiy balina əti rekord məbləğə satılıb. AZƏRTAC xəbər verir ki, bazar ertəsi günü prefekturanın Şimonoseki şəhərindəki topdansatış mərkəzində iki ton çiy balina əti hərraca çıxarılıb. Həmin balinanın Hokkaydo sahillərində ovlandığı qeyd edilir ...

Yanvar-oktyabr ayları ərazində Gürcüstanın xarici ticarət dövriyyəsi 15 226,6 milyon ABŞ dolları təşkil edib

14.11.2022 [17:29]
Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 15 226,6 milyon ABŞ dolları təşkil edib. Bu da 2021-ci ilin 10 ayı ilə müqayisədə 33,5 faiz çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb ...

Güclü külək Tbilisidə bir sıra fəsadlar törədib

14.11.2022 [17:02]
Gürcüstan ərazisində əsən güclü külək paytaxt Tbilisidə və bölgələr bir sıra fəsadlar törədib. AZƏRTAC xəbər verir ki, güclü külək nəticəsində Tbilisidə Kür çayının sağ sahili ərazisində, Tamar Mepe körpüsünün yaxınlığında bir neçə ağac aşıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb ...

Türkiyə və İndoneziya prezidentləri görüşüblər

14.11.2022 [15:46]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada səfərdədir. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Coko Vidodo bir araya gəliblər ...

İran məhkəməsi iğtişaşlarda iştirak edən 1 nəfər barəsində ölüm hökmü verib

14.11.2022 [15:03]
Tehranın İnqilab Məhkəməsi iğtişaşlarda iştirak edən 5 nəfərin işinə baxaraq hökm çıxarıb. AZƏRTAC Tehran İnqilab Məhkəməsinin açıqlamasına istinadla xəbər verir ki, 5 nəfər 5 ildən 10 ilədək azadlıqdan məhrum edilib, 1 nəfər isə ölüm hökmünə məhkum olunub ...

Professor Qulamrza Cəmşidian: Etiraz aksiyalarına son qoymaq üçün xalqın tələblərini nəzərə almaq lazımdır

14.11.2022 [13:55]
İranda iki aydan bəri davam edən kütləvi aksiyalar yerli və xarici mətbuatla yanaşı, elmi dairələrin də müzakirəsinə səbəb olub. AZƏRTAC xəbər verir ki, Tehran Universitetinin İctimai elmlər fakültəsinin dekanı professor Qulamrza Cəmşidian apardığı tədqiqatın nəticələrini açıqlayıb ...

Süleyman Soylu: İstanbulda altı ildir belə bir terror aktı olmayıb

14.11.2022 [13:41]
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstiqlal prospektində baş verən partlayışla bağlı açıqlama verib. AZƏRTAC xəbər verir ki, nazir sadəcə bu il 200 terror aktının qarşısının alındığını qeyd edib. Bildirilib ki, əgər terrorçu ələ keçirilməsəydi bu gün Yunanıstana qaçacaqdı ...

ABŞ-da Sendi-Huk faciəsinin qurbanlarının memorialı açılıb

14.11.2022 [13:15]
Konnektikut ştatında Sendi-Huk ibtidai məktəbində törədilmiş kütləvi qətllərin qurbanlarının memorialı açılıb. Abidə dəyirmi hovuzdan ibarətdir. Hovuzun kənarlarında 10 il bundan əvvəl Sendi-Huk ibtidai məktəbinin yaxınlığında qətlə yetirilmiş 20 nəfər birinci sinif şagirdinin və 6 müəllimin adları yazılıb ...

İƏT İstanbulda terror aktını pisləyən bəyanat yayıb

14.11.2022 [13:00]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi noyabrın 13-də İstanbulda törədilən terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb. Baş katiblikdən AZƏRTAC-a daxil olmuş bəyanatın mətnində bildirilir : “İƏT İstanbulda törədilən və çoxlu sayda insan tələfatına səbəb olan terror aktını qətiyyətlə pisləyir və lənətləyir ...

İstanbulda terror aktı törədən şəxs PKK/PYD/YPG-dən təlimat alıb

14.11.2022 [12:53]
İstiqlal prospektində baş verən partlayışı törətmək şübhəsi ilə saxlanılan şəxsin PKK/PYD/YPG terror təşkilatlarının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda terror aktı törətməklə bağlı əmr aldığı müəyyən edilib ...

Co Bayden və Si Cinpin dövlət başçıları kimi ilk dəfə görüşəcəklər

14.11.2022 [12:49]
Böyük iyirmilik qrupunun ənənəvi zirvə görüşü bu il İndoneziyanın Bali adasında keçiriləcək. Sammitin kuluarlarında ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin dövlət başçıları kimi ilk dəfə görüşəcəklər ...

ABŞ-da aviaşou zamanı iki təyyarə toqquşub, ölənlər var VİDEO

14.11.2022 [12:40]
Dallasda keçirilən aviaşouda baş vermiş hadisə nəticəsində altı nəfərin həlak olması ehtimal edilir. AZƏRTAC Dallas şəhəri administrasiyasının rəsmi bəyanatına istinadla xəbər verir ki, “Dallas Executive” aeroportunda keçirilən ...

Rusiya Prezidenti türk həmkarına başsağlığı verib

14.11.2022 [12:24]
Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. AZƏRTAC xəbər verir ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb ...

İstanbulda partlayışı törədən şəxsin saxlanılması görüntüləri yayımlanıb VİDEO

14.11.2022 [11:54]
İstanbulun İstiqlal prospektində baş verən partlayışı törədən şəxsin ələ keçirilməsi istiqamətində aparılan əməliyyatın ilkin görüntüləri yayımlanıb. AZƏRTAC xəbər verir ki, saxlanılan və ilkin məlumata görə PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan ...

Daxili işlər naziri: İstanbulda partlayış törədən şəxs ələ keçirilib

14.11.2022 [09:31]
İstanbulun İstiqlal prospektində insan tələfatı ilə nəticələnən partlayışı törədən, bomba atan şəxs ələ keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, ilkin məlumata görə PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan ...

Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə sınağına sərt reaksiya verəcək

14.11.2022 [07:38]
Yaponiya, ABŞ və Cənubi Koreyanın liderləri Şimali Koreyanın ballistik raket buraxılışlarını tənqid ediblər və Pxenyan nüvə sınağı keçirəcəyi təqdirdə buna sərt reaksiya göstərəcəklərini bildiriblər. AZƏRTAC Yaponiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida ...

Sloveniyada prezident seçkilərinin qalibi müəyyən olub

14.11.2022 [06:21]
Sloveniyada prezident seçkilərinin ikinci turunda bitərəf namizəd Nataşa Pirç Musar qalib gəlib. AZƏRTAC xəbər verir ki, 32 faiz səslərin nəticələrinə əsasən ixtisasca vəkil olan N. Pirç Musar 54,11 faiz səs, onun rəqibi - keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasının dəstəklədiyi namizəd ...

Fahrettin Koca: İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı yaralanan 42 nəfərin müalicəsi davam edir

14.11.2022 [02:56]
İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı yaralanan 81 nəfərdən 39-u evə buraxılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir deyib ki, hazırda 42 nəfərin müalicəsi davam edir ...

İstanbulda baş verən partlayış nəticəsində yaralananların sayı 81-ə yüksəlib

14.11.2022 [00:12]
İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı 6 nəfər ölüb, yaralıların sayı isə 81-ə yüksəlib. Onlardan ikisinin vəziyyəti ağırdır. AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gələrək son vəziyyət haqqında məlumat alıblar ...