OSETİN SEPARATÇILARININ BAŞÇISI GÜRCÜSTANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞDƏN İMTİNA EDİR

02.11.2005 [11:51]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, qondarma Cənubi Osetiya Respublikasının Prezidenti Eduard Kokoytı yenə də müxtəlif bəhanələr gətirərək, Gürcüstanın Baş naziri Zurab Noğaideli ilə görüşdən imtina etməyə çalışır. Məhz onun ...

PEKİN DÜNYANIN ƏN ÇİRKLİ ŞƏHƏRİ SAYILMIŞDIR

01.11.2005 [21:36]
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin nümayəndələri Pekini planetimizin ən çirkli şəhəri saymışlar. Çin paytaxtının atmosferində azot dioksidin ən çox toplandığı qeydə alınmışdır ki, bunun ...

PAKİSTANDA ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 57 MİNDƏN ÇOX ADAM HƏLAK OLMUŞDUR

01.11.2005 [18:49]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Pakistanda oktyabrın 8-də baş vermiş zəlzələ nəticəsində 57 mindən çox adam həlak olmuşdur. Bunu ölkənin Baş naziri Şövkət Əziz Pakistan Milli Məclisində (parlamentdə) ...

QAZAXISTAN RUSİYA İLƏ BİRLİKDƏ AVİASİYA-RAKET KOMPLEKSİ YARADIR

01.11.2005 [18:39]
AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanda Rusiyanın köməyi ilə “İşim” aviasiya-raket kosmik kompleksi yaradılacaqdır. Bunu Moskva İstilik Texnikası İnstitutu baş direktorunun müavini Aleksandr Dorofeyev Astanada açılmış “Sənayeli və ...

FRANS BEKKENBAUER: UKRAYNA SÜBUT ETDİ Kİ, BÖYÜK FUTBOL DÖVLƏTİDİR

01.11.2005 [18:34]
Xoş gəlmisiniz, kayzer Frans! Dünya şöhrətli alman futbolçusu, AFR-də keçiriləcək 2006-cı il dünya çempionatı Təşkilat Komitəsinin rəhbəri Frans Bekkenbaueri Kiyevdə bu sözlərlə qarşıladılar. AzərTAc Ukrinforma istinadla xəbər verir ki, Ukrayna ...

MOSKVADA DİLƏNÇİLƏRİ, FALÇILARI VƏ XIRDAVATÇILARI CƏRİMƏ EDƏCƏKLƏR

01.11.2005 [18:27]
AzərTAc “Novosti” agentliyinə istinadla xəbər verir ki, Moskvada dilənçiliyə, səfilliyə, pirotexnikadan istifadəyə və digər kiçik qanun pozuntularına görə cərimə təyin edilməsi planlaşdırılır. Bu normalar Moskvanın inzibati qanun pozuntuları məcəlləsinə daxil ...

SURİYA ƏRƏB DÖVLƏTLƏRİ BİRLİYİNİN TƏCİLİ ZİRVƏ GÖRÜŞÜNÜ KEÇİRMƏYƏ ÇAĞIRIR

01.11.2005 [18:21]
AzərTAc xəbər verir ki, “Azadlıq” radiosunun yaydığı məlumata görə, Suriya Ərəb Dövlətləri Birliyinin təcili zirvə görüşünü keçirməyə çağırmışdır. Dəməşq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə cavab olaraq, regionda dəstəklənəcəyinə zəmanət ...

BMT İNSPEKTORLARI QUANTANAMO MƏHBUSLARI İLƏ GÖRÜŞMƏYİ TƏLƏB EDİRLƏR

01.11.2005 [18:17]
AzərTAc Röyter agentliyinə istinadla xəbər verir ki, BMT-nin üç nümayəndəsi – işgəncə faktları üzrə xüsusi müstəntiq Manfred Novak (Avstriya), dini azadlıq məsələləri üzrə mütəxəssis Əsma Cahangir (Pakistan) və ədalətsiz həbs ...

LONDONDA 20 ÖLKƏNİN NAZİRLƏRİ “BÖYÜK SƏKKİZLİY”İN TƏKLİFLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

01.11.2005 [18:13]
AzərTAc “Novosti” agentliyinə istinadla xəbər verir ki, 20 ölkənin energetika və ətraf mühitin mühafizəsi nazirləri Londonda “böyük səkkizliy”in iqlim dəyişmələrinə dair təkliflərinin həyata keçirilməsini müzakirə edəcəklər.
Forumda “böyük səkkizliy”ə ...

İRAN İRAQDAN 300 MİLYARD DOLLAR KOMPENSASİYA ALMAQ ÜMİDİNDƏDİR

01.11.2005 [15:54]
Tehran 1980-88-ci illərdə İraqla silahlı münaqişə zamanı İrana dəymiş maddi və mənəvi zərərə görə azı 300 milyard dollar məbləğində təzminat almaq iddiasındadır. AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, bunu İranın ...

TÜRKMƏNİSTAN HÖKUMƏTİ SƏDRİNİN KEÇMİŞ MÜAVİNİ BÖYÜK MƏBLƏĞDƏ DÖVLƏT VƏSAİTİNİ MƏNİMSƏMƏKDƏ TƏQSİRLƏNDİRİLİR

01.11.2005 [15:54]
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, Türkmənistan hökuməti sədrinin sabiq müavini, neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Quyçnəzər Taçnəzərov xüsusilə iri məbləğdə – 266 milyon 666 min 867 dollardan artıq ...

BALAKƏNDƏ YENİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR

01.11.2005 [15:48]
Balakən rayonunun İtitala kəndində 128 nömrə tutumlu elektron tipli yeni ATS istifadəyə verilmişdir. Əvvəllər yalnız bir ədəd telefona malik olan bu kənddə hazırda vətəndaşların mənzillərinə və sosial obyektlərə telefon çəkilişi ...

RUSİYA EKSPERTLƏRİ HESAB EDİRLƏR Kİ, AZƏRBAYCANDA İNQİLAB EDƏ BİLƏN MÜXALİFƏT YOXDUR

01.11.2005 [01:02]
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, “Novoye vremya” jurnalının icmalçısı Vadim Dubnov oktyabrın 31-də “Exo Moskvı” radiostansiyasının Azərbaycanda parlament seçkilərinə həsr edilmiş və birbaşa yayımlanan verilişində bildirmişdir ki, Azərbaycanda ...

İRAQ PREZİDENTİ ÇOXMİLLƏTLİ KOALİSİYANI TƏNQİD ETMİŞDİR

31.10.2005 [22:59]
AzərTAc xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İraq Prezidenti Cəlal Tələbani çoxmillətli koalisiyanı fəaliyyətini İraq tərəfi ilə əlaqələndirmədiyi üçün tənqid etmişdir. Onun dediyinə görə bu əlaqələndirmənin olmaması İraq ...

UKRAYNA PREZİDENTİ GÜRCÜSTANA GƏLƏCƏK

31.10.2005 [22:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə Ukrayna Prezidenti Viktor Yuşşenko arasında telefon söhbəti olmuşdur. Prezidentlər iki ölkənin ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etmişlər. ...

BRİTANİYADA BÖYÜK ELMİ TƏDQİQAT MƏRKƏZİ YANMIŞDIR

31.10.2005 [22:49]
AzərTAc Bi-Bi-Si agentliyinə istinadla xəbər verir ki, Britaniyanın Sauthempton Universitetində dünyada ən böyük elmi tədqiqat mərkəzlərindən birinin kompüter laboratoriyasını güclü yanğın məhv etmişdir.
Polisin məlumatına görə, oktyabrın 30-da ...

RUSİYA MÜŞAHİDƏÇİLƏRİNİN BÖYÜK BİR QRUPU AZƏRBAYCANA GƏLİR

31.10.2005 [22:43]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək ATƏT-in nümayəndə heyəti tərkibində Rusiyanın təxminən 90 nümayəndəsi işləyəcəkdir. Bunu Rusiya MSK-nın sədri Aleksandr Veşnyakov oktyabrın ...

ALEKSANDR KVASNEVSKİ BMT-NİN BAŞ KATİBİ SEÇİLMƏK İSTƏYİR

31.10.2005 [21:49]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Polşa Prezidenti Aleksandr Kvasnevski bildirmişdir ki, BMT-nin baş katibi vəzifəsini tutmağa hazırdır. O, İtaliyanın “Korryere della sera” qəzetinə müsahibəsində demişdir: ”Təhlükəsizlik Şurasının üzvləri ...

AVROPA ALİMLƏRİ EV QUŞLARININ GENETİK BAXIMDAN DƏYİŞDİRİLMƏSİNİ TƏKLİF EDİRLƏR

31.10.2005 [21:28]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Avropa alimləri “quş qripi” ilə mübarizəyə əsaslı yanaşmağı təklif edirlər. Onlar ev quşlarının orqanizminin qrip virusundan müdafiəsi səviyyəsini artırmaq məqsədi ilə bu quşların ...