Ukraynaya kamikadze dronları ilə hücum edilib
Kiyev, 28 iyun, AZƏRTAC
Rusiya Silahlı Qüvvələri iyunun 28-ə keçən gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya növbəti hava hücumu həyata keçiriblər. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvə və vasitələri 6 PUA-nı vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Rusların kamikadze dronlarla cənub-şərq istiqamətindən hücuma keçməsi də dəqiqləşdirilir.
İyunun 28-nə keçən gecə rus qoşunları PUA-lar ilə Çerkassı vilayətinə hücum edib. “Şahed” dronlarının bir neçəsi vurulsa da, iki dron anbara düşüb. Lakin xəsarət alanlar yoxdur.
Bu barədə isə Çerkassı vilayətinin hərbi administrasiyasının rəhbəri İqor Taburts məlumat verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]