DÜNYA
ABŞ “Abrams” tanklarını Ukraynaya çatdırmaq niyyətini təsdiqləyib
Bakı, 28 iyun, AZƏRTAC
ABŞ administrasiyası “M1A1 Abrams” tanklarını payızda Ukraynaya çatdırmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.
Vaşinqtonun sentyabra qədər Kiyevə tank çatdıra biləcəyi sualına cavabında o vurğulayıb: "Hazırda tanklarla bağlı konkret məlumat verə bilmərəm. Biz onları ilin sonuna qədər çatdırmaq niyyətindəyik”, - deyə mətbuat katibi söyləyib.
O təsdiqləyib ki, bu məqsədlə eyni vaxtda bir neçə proses - Ukrayna hərbçilərinin təlimi və tankların təmiri aparılır.
İyunun ortalarında ABŞ ordusu 200-ə yaxın ukraynalı əsgərin yayın sonuna qədər “Abrams”ın döyüş meydanında istifadəsi ilə bağlı Pentaqonun rəhbərliyi altında təlimi başa vuracağını açıqlamışdı. İndi Almaniyada hərbçilər təlim üçün xüsusi təchiz olunmuş tanklarda təlim keçir, Vaşinqtonun Kiyevə vəd etdiyi 31 “Abrams” tankı isə təmir olunur. Ukrayna Silahlı Qüvvələrinin onları payızın əvvəlində təlimləri başa vurduqdan sonra qəbul edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]