Zelenski: Biz əmin olmalıyıq ki, müharibədən sonra Ukrayna NATO-ya üzv olacaq
Bakı, 28 iyun, AZƏRTAC
NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə o, Kiyevdə Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib.
“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik”, - deyə Zelenski qeyd edib ki, söhbət Ukraynanın bu gün alyansa üzv olmasından getmir. “Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Eyni zamanda o xatırladıb ki, hələlik Ukrayna NATO-nun üzvü olmasa da, ölkəsi təhlükəsizlik zəmanəti almalıdır.
Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynaya yardımın davam etdirilməsi əsas məsələlər sırasında nəzərdən keçiriləcək. Ukrayna bu görüşdən ölkənin NATO-ya üzvlük yolunun müəyyənləşdirilməsi və gələcəkdə Rusiya təcavüzünün mümkün təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı konkret qərarlar gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]