OPERA SƏHNƏSİNDƏ YERİ BOŞ QALAN SƏNƏTKAR

03.06.2004 [15:56]
AzərTAc xəbər verir ki, mayın 2-də zəmanəmizin ən görkəmli opera müğənnilərindən biri olan Nikolay Gaurov 74 yaşında vəfat etmişdir. Bolqarıstanda anadan olmuş sənətkar İtaliyanın Modena şəhərində, evinin yaxınlığındakı özəl klinikada ...

ƏLCƏZAİRDƏ TERRORÇULAR 10 HƏRBİ QULLUQÇUNU QƏTLƏ YETİRMİŞLƏR

03.06.2004 [15:23]
AzərTAc xəbər verir ki, Alceri Press Servis agentliyinin məlumatına görə, Əlcəzairdə terrorçular azı 10 hərbi qulluqçunu qətlə yetirmişlər.
Əlcəzairin təhlükəsizlik orqanına istinadla yayılmış məlumatda deyilir ki, terrorçular hərbi ...

“QAZMUNAYQAZ” ODESSA-BRODI NEFT KƏMƏRİ İLƏ AVROPAYA NEFT GÖNDƏRƏCƏKDİR

03.06.2004 [13:45]
AzərTAc-ın xüsusi müxbiri Almatıdan xəbər verir ki, Qazaxıstanın “QazMunayQaz” Dövlət Neft və Qaz Şirkəti iyul ayından başlayaraq Odessa-Brodı neft kəməri ilə Avropa ölkələrinə neft göndərəcəkdir. Şirkətin mətbuat xidmətinin məlumatında ...

YAPONİYADA İSLAM DÜNYASINA HƏSR OLUNMUŞ NÖVBƏTİ SEMİNAR KEÇİRİLMİŞDİR

03.06.2004 [13:44]
AzərTAc-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərdə deyilir ki, Yaponiyada bu ölkənin müsəlman aləmi ilə dialoquna həsr olunmuş sayca dördüncü seminar başa çatmışdır. Seminar Yaponiyanın Ərəb-İslam İnstitutu tərəfindən təşkil ...

ABŞ SENATI İRAQDA VƏ ƏFQANISTANDA HƏRBİ ƏMƏLİYYATLARIN APARILMASI ÜÇÜN 25 MİLYARD DOLLAR AYRILMASINI BƏYƏNMİŞDİR

03.06.2004 [13:37]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ Senatı İraqda və Əfqanıstanda hərbi əməliyyatların aparılması üçün 25 milyard dollar ayrılmasını bəyənmişdir. Bu məqsədlə hərbi xərclər haqqında qanun layihəsinə düzəlişlər edilmişdir. ...

YAZIÇILIĞI BİLL KLİNTONUN, AZ QALA, AXIRINA ÇIXACAQDI

03.06.2004 [12:25]
AzərTAc xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton memuarlarının reklam kampaniyasına başlamaq fikrindədir. “Mənim həyatım” kitabı Amerika mağazalarında iyulun 22-də satışa buraxılmalı olsa da, o, artıq bu günlərdə ...

İRAQDA OĞURLANMIŞ POLŞALI MÜHƏNDİS ÜÇÜN 10 MİLYON DOLLAR TƏLƏB OLUNUR

02.06.2004 [22:26]
AzərTAc xarici informasiya mənbələrinə istinadla xəbər verir ki, İraqda iyunun 1-də oğurlanmış polşalı inşaatçı mühəndis Yeji Kos üçün 10 milyon dollar tələb edilir. Bunu Polşanın TVH-24 kanalı qeyri-rəsmi mənbələrə ...

“AZƏRBAYCAN PAYTAXTI ZƏNGİN XƏZƏR NEFTİ SAYƏSİNDƏ SOVET DÖVRÜNÜN AĞIR MANTİYASINI ÜZƏRİNDƏN ATMIŞDIR”

02.06.2004 [21:09]
Jurnalist Elison Tomson İngiltərənin nüfuzlu “Financial Times” qəzetinin əlavəsi olan “Travel Unravelled” jurnalının may nömrəsində “Azərbaycan paytaxtı zəngin Xəzər nefti sayəsində sovet dövrünün ağır mantiyasını üzərindən atmışdır” sərlövhəli məqalə ...

İSPANİYANIN MÜDAFİƏ NAZİRİ ALİ HƏRBİ ORDENDƏN İMTİNA ETMİŞDİR

02.06.2004 [20:57]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, İspaniyanın müdafiə naziri Xose Bono ali hərbi ordendən - əsgəri xidmətlərə görə Böyük xaçdan imtina etmişdir. Hökumət onu İspaniya əsgərlərinin İraqdan çıxarılmasına görə ...

RUSİYA BMT TŞ-NİN ANTİTERROR KOMİTƏSİNİN SƏDRİ SEÇİLMİŞDİR

02.06.2004 [17:04]
AzərTAc-ın xüsusi müxbiri Rusiya Federasiyası XİN-in informasiya və mətbuat departamentinə istinadla Moskvadan xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Antiterror Komitəsinə (ATK) Rusiyanın sədrlik etməsi haqqında BMT TŞ-nin qərarı bu ...

Z.JVANİYA: BİZƏ NƏ ABŞ, NƏ DƏ RUSİYA HÖKM EDƏ BİLMƏZ

02.06.2004 [17:03]
AzərTAc-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstanın Baş naziri Zurab Jvaniya Gürcüstan-Cənubi Osetiya münasibətlərinə kənardan hər hansı müdaxilə cəhdlərini rədd etmişdir.
O, iyunun 2-də hökumətin iclasında bildirmişdir: “Sxinvali bölgəsinə ...

ALMANİYA VƏTƏNDAŞI LOTODA 13,6 MILYON AVRO UDMUŞDUR

02.06.2004 [17:02]
AzərTAc-ın müxbiri xəbər verir ki, Almaniyanın Şimali Reyn Vestfalen əyalətində keçirilən həftəsonu loto oyununda Münster şəhərinin bir sakini 13,6 milyon avro udmuşdur. Bu, 2004-cü ildə bütün Almaniya ərazisində keçirilən loto ...

TÜRKİYƏNİN RUSİYADAKI SƏFİRLİYİNİN BƏYANATI

02.06.2004 [16:23]
AzərTAc-ın müxbiri xəbər verir ki, Türkiyənin Rusiyadakı səfirliyinin Moskvada mətbuat üçün məlumatı yayılmışdır. Məlumatda deyilir ki, Ankara Kürdüstan Xalq Konqresinin (keçmiş Kürd İşçi Partiyası – PKK) Türkiyə hökuməti ilə ...

AVROPA BİRLİYİ ERMƏNİSTANA YARDIM GÖSTƏRMƏKDƏN İMTİNA ETMİŞDİR

02.06.2004 [16:00]
AzərTAc xəbər verir ki, Britaniyanın “Qardian” qəzetinin yazdığına görə, Avropa Birliyi Ermənistana yardım kimi nəzərdə tutulmuş 100 milyon avro məbləğində qrantı dondurmuşdur. Bu addım Ermənistanın öz ərazisindəki atom elektrik ...

DÜNYANIN ƏN GÖZƏL QADINI AVSTRALİYADA YAŞAYIR

02.06.2004 [16:00]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, Ekvadorda Dünya gözəli-2004 gözəllik müsabiqəsi başa çatmışdır. Müsabiqənin qalibi Avstraliyanın 20 yaşlı sakini Cennifer Houkins olmuşdur.
Mavi gözlü sarışın qız ...

TACİKİSTAN PARLAMENTİ “ÖLÜM CƏZASININ TƏTBİQİNİN DAYANDIRILMASI HAQQINDA” QANUNU TƏSDİQ ETMİŞDİR

02.06.2004 [15:54]
AzərTAc xəbər verir ki, Tacikistan parlamenti “Ölüm cəzasının tətbiqinin dayandırılması haqqında” qanunu yekdilliklə təsdiq etmişdir. Tacikistan Prezidenti Emoməli Rəhmonov aprelin 30-da xalqa illik müraciətində ölüm cəzasına qadağa qoyulması barədə ...

GÜRCÜSTANIN RUSTAVİ ŞƏHƏR SAKİNLƏRİ BTC-NİN ONLARA MƏXSUS ƏRAZİDƏN KEÇƏN SAHƏYƏ GÖRƏ VERİLƏN ÖDƏNCDƏN NARAZIDIRLAR

02.06.2004 [14:49]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Rustavi şəhərinin bir qrup sakini Bakı-Tbilisi-Ceyhan neft kəmərinin onlara məxsus ərazidən keçən hissəsinə görə verilən ödənişdən narazıdır. Bu günlərdə rustavililər bp şirkətinin ...

“MƏXMƏRİ İNQİLAB”DAN SONRA GÜRCÜSTANIN YENİ HÖKUMƏTİNDƏ İLK KADR DƏYİŞİKLİYİ EDİLMİŞDİR

02.06.2004 [14:47]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın baş naziri Zurab Jvaniya iyunun 1-də jurnalistlər üçün təşkil olunmuş brifinqdə “Məxməri inqilab”dan sonra yeni hökumətin tərkibində ilk kadr dəyişikliyi edildiyini bildirmişdir. ...

GÜRCÜSTAN “DÖVLƏT REYESTRİ” HAQQINDA QANUN HAZIRLANIR

02.06.2004 [14:35]
Yaxın günlərdə Gürcüstan parlamenti “Dövlət reyestri” haqqında qanun layihəsinin müzakirəsini və onun ilk oxunuşdan sonra qəbul etməyi planlaşdırır.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, parlamentin qanunu qəbul edəcəyi ...