Fransa qoşunlarını Malidən çıxarır

17.02.2022 [15:41]
Hərbi sahədə strategiyasını və gizli məqsədlərini bölüşmədiyimiz hakimiyyət orqanlarının yanında qala bilmərik. Bu, bu gün Malidə üzləşdiyimiz vəziyyətdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron avropalı və afrikalı həmkarları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ...

Misirdə çörəyin qiyməti artıb

17.02.2022 [15:37]
Misirdə son 30 il ərzində qiyməti dəyişməyən çörək bahalaşıb. Uzun illər əhalinin ən çox istifadə etdiyi 5 Misir funtuna (0,52 AZN) satılan bu ərzaq növünə ayrılan dövlət subsidiyası isə davam edəcək. AZƏRTAC xəbər ...

İspaniyada doğuşların sayı son 80 ilin ən aşağı səviyyəsinə enib

17.02.2022 [15:35]
İspaniyada doğuşların sayı üç ildir ard-arda azalaraq, son 80 ilin ən aşağı səviyyəsinə enib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat İspaniya Milli Statistika İnstitutunun (INE) açıqlamasında yer alıb. Məlumata gör ...

Tehranda yaşayış binasında baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub

17.02.2022 [14:41]
Tehranda üçmərtəbəli yaşayış binasındakı mənzillərin birində qazla işləyən suqızdırıcısının partlaması nəticəsində 9 nəfər həlak olub, çoxlu sayda insan xəsarət alıb. AZƏRTAC xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub ...

Türkiyənin səhiyyə naziri: Ölkədə COVID-19-a yoluxma sayı ötən həftə pik həddə çatıb

17.02.2022 [14:25]
Türkiyədə COVID-19-a yoluxma sayı ötən həftə pik həddə çatıb. Qarşıdan gələn həftə bu rəqəmin azalmasını gözləyirik. Koronavirusla bağlı xəstəxanalarda yatanların sayı da 28-30 faizə qədər azalıb. Reanimasiya şöbələrində müalicə olunanların sayında da 15 faiz azalma müşahidə edilir ...

Fransada seçkiöncəsi Emmanuel Makronun şansı qismən azalıb

17.02.2022 [14:13]
Fransada keçiriləcək prezident seçkilərində namizədlərin perspektivləri barədə növbəti ictimai rəy sorğusu hələlik namizədliyini rəsmən elan etməyən hazırkı dövlət başçısı Emmanuel Makronun şansının qismən azaldığını göstərib. AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, “Elabe” tədqiqat və konsaltinq mərkəzinin BFMTV telekanalı ...

Dünyanın ən çirkli havası olan şəhərlərinin adları açıqlanıb

17.02.2022 [13:24]
Dünyanın ən çirkli havasına malik şəhərlərin reytinqi tərtib olunub. Siyahıda ilk yeri Pakistanın Lahor şəhəri tutur. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat real zamanda havanın çirklənmə səviyyəsini qeydə alan “Iqair” portalının dərc etdiyi ...

BMT: 2021-ci ildə beynəlxalq ticarətin həcmi rekord səviyyəyə çatıb

17.02.2022 [12:53]
2021-ci ildə beynəlxalq ticarətin həcmi 2020-ci illə müqayisədə 25 faiz artaraq rekord səviyyəyə - 28,5 trilyon dollarla çatıb. Bu, həmçinin 2019-cu ildə qeydə alınan göstəricidən 13 faiz çoxdur. Lakin cari ilin ilk rübündə bu sahədə artım templərinin zəifləyərək 2021-ci ilin ...

Böyük Britaniyanın xarici işlər naziri Ukrayna, Polşa və Almaniyaya səfər edəcək

17.02.2022 [12:45]
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bu ölkənin rəsmi Kiyevə dəstəyini gücləndirmək üçün Ukrayna, Polşa və Almaniyaya səfər edəcək. AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin səfəri bu həftə baş tutacaq. Səfər zamanı ...

Virciniyanın yeni qubernatoru bu ştatın məktəblərində maska taxmağın məcburi olmasını ləğv edən qanun imzalayıb

17.02.2022 [12:25]
Virciniya ştatının bu yaxınlarda seçilmiş respublikaçı qubernatoru Qlenn Yanqkin ştat ərazisində yerləşən bütün dövlət məktəblərində maska taxmağın məcburi olması tələbini ləğv edən və valideynlərə öz uşaqlarını məktəbə maskasız göndərmək hüququ verən qanun imzalayıb ...

Honkonqun bütün əhalisi koronavirus testindən keçiriləcək

17.02.2022 [12:19]
Honkonqun hakimiyyət orqanları pandemiyanın əvvəlindən bəri koronavirusa ən yüksək yoluxma fonunda bütün əhalini COVID testindən keçirməyi planlaşdırır. AZƏRTAC “The Standard” qəzetinə istinadla xəbər verir ki, Çinin materik hissəsinin mütəxəssislərinin dəstəyi ...

Rusiya Xəzər dənizində təlimlər keçirir

17.02.2022 [12:04]
Rusiyanın Xəzər donanması bu dənizdə təlimlər keçirir. AZƏRTAC xəbər verir ki, donanmanın 20-yə yaxın gəmisi Mahaçqaladan dənizə çıxaraq planda nəzərdə tutulmuş təlimlərdə iştirak edir ...

Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayı 100 minə yaxınlaşır

17.02.2022 [11:55]
Cənubi Koreyada əvvəlcədən proqnozlaşdırıldığı kimi COVID-19 virusuna sutkalıq yoluxma sayı 100 minə yaxınlaşır. AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla xəbər verir ki, ötən sutka ərzində infeksiyaya 93 min ...

Braziliyada güclü yağışlar azı 104 nəfərin ölümünə səbəb olub VİDEO

17.02.2022 [11:53]
Braziliyada aramsız yağan güclü yağışlar Rio-de-Janeyro ştatının Petropolis bələdiyyəsində ən azı 104 nəfərin həyatına son qoyub. AZƏRTAC G1 portalına istinadla xəbər verir ki, ölənlərin səkkizi uşaqdır. Həmçinin təbii fəlakət nəticəsində 35 nəfər itkin düşüb. Mülki ...

Hindistanda su quyusuna düşən 13 qadın həlak olub

17.02.2022 [11:44]
Hindistanın Uttar-Pradeş ştatında quyuya düşən 13 qadın həlak olub, üç nəfər isə ağır yaralanıb. AZƏRTAC “The Indian Express” qəzetinə istinadla xəbər verir ki, hadisə fevralın 16-da gecə saatlarında Kuşinqar rayonunda toy mərasimi ...

Türkiyə nümayəndə heyətinin Fələstin və İsrail səfərləri davam edir

17.02.2022 [10:42]
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin Fələstinə səfəri davam edir. AZƏRTAC xəbər verir ki, Qüds səfəri çərçivəsində ...

Yapon dənizi sahillərinə güclü qar yağıb

17.02.2022 [09:56]
Yapon dənizi üzərində müşahidə edilən soyuq hava kütlələri nəticəsində Yaponiya sahillərinə güclü qar yağıb. Meteoroloqlar nəqliyyatın hərəkətində fasilələr yaranacağı barədə xəbərdarlıq ediblər. AZƏRTAC Yaponiya Meteorologiya ...

Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri “Fukusima-1” AES-in ərazisində yoxlama aparıblar

17.02.2022 [08:48]
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssislər qrupu Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) ərazisində yoxlama aparıblar. Yoxlamanın radioaktiv maddələrdən təmizlənmiş böyük su kütləsinin okeana axıdılması ilə əlaqədar aparıldığı bildirilir ...

Temza çayında yaşı 5 min il əvvələ aid edilən insan sümüyü tapılıb

17.02.2022 [08:25]
Böyük Britaniyanın paytaxtı Londondan keçən Temza çayında yaşı 5 min il əvvələ aid insan sümüyü tapılıb. AZƏRTAC xəbər verir ki, Simon Hant Temza çayında avar çəkərkən çay yatağında insan bud sümüyü taparaq polisə təhvil verib. Polis sümüyü laboratoriya müayinəsi üçün göndərdikdən sonra ...