İranda koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə olunub

20.02.2022 [22:00]
İranda hazırlanan “Cov İran Barakat plyus” peyvəndinin kütləvi istehsalına başlanılıb. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Qida və dərman təhlükəsizliyi agentliyi məlumat verib. Qeyd olunub ki ...

Niderlandın Ukraynadakı səfirliyi Kiyevdən Lvova köçüb

20.02.2022 [21:07]
Niderlandın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Kiyevdən Lvova köçüb. AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də Niderland Xarici İşlər Nazirliyi qərar qəbul edib. Qeyd edək ki, bundan öncə bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya və ABŞ da səfirliyi Lvova köçürüb ...

Volodimir Zelenski və Emmanuel Makron Üçtərəfli Təmas Qrupunun toplantısının təcili keçirilməsini dəstəkləyiblər

20.02.2022 [20:20]
Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron regionda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər və Üçtərəfli Təmas Qrupunun toplantısının təcili olaraq çağırılmasını dəstəkləyiblər. AZƏRTAC xəbər verir ki, bu barədə Volodimir Zelenski Tviter səhifəsində məlumat verib ...

Böyük Britaniya Kraliçası II Elizabet koronavirusa yoluxub

20.02.2022 [17:03]
Böyük Britaniya Kraliçası II Elizabet koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, Bukinhem Sarayı 95 yaşlı Kraliçanın COVID-19-a yoluxduğunu və xəstəliyi yüngül simptomlarla keçirdiyini açıqlayıb. Saraydan bildirilib ki, Kraliça tibbi yardım alır və qaydalara əməl edir ...

Filippinli alim Günəşsiz havada belə elektrik enerjisi istehsal edən panel yaradıb

20.02.2022 [16:57]
Qida tullantılarından hazırlanan panel şüşəni əvəz edə və göydələnləri nəhəng elektrik stansiyasına çevirə bilər. AZƏRTAC xəbər verir ki, filippinli Karvi Eren Mayq Günəş şüaları olmadan belə işləyən AuREUS adlı yeni panel düzəldib. Bu barədə BGR portalı məlumat yayıb ...

Efiopiya Nil çayı üzərində nəhəng su elektrik stansiyasını işə salıb

20.02.2022 [16:00]
Son illər Misir, Sudan və Efiopiya arasında mübahisəyə səbəb olan Böyük Efiopiya Renessans Su Bəndi istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Efiopiyanın Baş naziri Abiy Əhməd Nil çayının üzərindəki Afrikanın ən böyük su elektrik stansiyasının turbinlərinin işə salınması münasibətilə öz xalqına təbrik ünvanlayıb ...

Misirin yeni inzibati paytaxtı Yaxın Şərqin ən böyük “ağıllı şəhər”i elan edilib

20.02.2022 [15:37]
Ərəb Parlamentinin Qahirədə keçirilən 4-cü konfransında Misirin yeni inzibati paytaxtı Yaxın Şərqin ən böyük “ağıllı şəhər”i elan edilib. AZƏRTAC xəbər verir ki, Ərəb Parlamentinin spikeri Adil Bin Əbdülrəhman Əl-Asumi “Ən uğurlu ərəb layihəsi” və “Ən böyük “ağıllı şəhər” mükafatlarını Misir parlamentinin sədri Hənəfi əl-Cəbaliyə təqdim edib ...

Suriya ərazisində 14 terrorçu zərərsizləşdirilib

20.02.2022 [15:14]
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində həyata keçirilən “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı bölgədə 14 PKK terrorçusu zərərsizləşdirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ...

“1915 Çanaqqala” körpüsünün açılış tarixi dəyişib

20.02.2022 [15:06]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti özünün rəsmi tviter hesabında açıqlama verib ...

Gürcüstanda gecə klublarının fəaliyyətinə icazə verilir

20.02.2022 [14:33]
Gürcüstanda gecə klublarının fəaliyyətinə martın 6-dan etibarən icazə veriləcək. AZƏRTAC xəbər verir ki, ölkə hökumətinin İdarələrarası Koordinasiya Şurası bununla bağlı qərar qəbul edib. Qərara əsasən, əyləncə məkanlarına qonaqların yalnız 60 faizi buraxılacaq ...

Türkiyə Prezidentinin Afrika ölkələrinə səfəri başlayıb

20.02.2022 [14:18]
Fevralın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, dörd gün davam edəcək səfər ərzində Türkiyə Prezidenti üç Afrika ölkəsində olacaq. Prezident Ərdoğan ilk olaraq Konqo Demokratik Respublikasına gedəcək ...

TBMM-nin sədri Gürcüstana səfər edəcək

20.02.2022 [13:05]
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop fevralın 21-də Gürcüstana rəsmi səfər edəcək. AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrini daha inkişaf etdirməkdir. TBMM-nin sədri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək ...

Yaponiyanın xarici işlər naziri NATO-nun Baş katibi ilə Ukrayna məsələsini müzakirə edib

20.02.2022 [11:03]
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukrayna məsələsini müzakirə edib. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi fevralın 20-də məlumat yayıb ...

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan bəzi məhdudiyyətlər ləğv edilir

20.02.2022 [10:08]
Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək. AZƏRTAC xəbər verir ki, bazar ertəsindən etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq ...

İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir

20.02.2022 [06:20]
İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir. AZƏRTAC İsveç KİV-inə istinadən xəbər verir ki, krallığın hökuməti artıq müvafiq qanun üzərində danışıqlar aparır ...

Avstriya XİN Ukraynaya səfər etmək istəyənlərə xəbərdarlıq edib

20.02.2022 [02:08]
Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.AZƏRTAC xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumata görə, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya ...

Avropanın qaz anbarlarında yayda toplanan yanacağın beş faizdən də az hissəsi qalıb

19.02.2022 [17:45]
2022-ci il fevralın 17-nə olan məlumata əsasən, yayda Avropanın yeraltı qaz anbarlarına toplanan mavi yanacağın 95,3 faizi boşalıb. Yəni anbarlada beş faizdən də az qaz qalıb.AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Avropanın yeraltı qaz anbarlarında aktiv mavi yanacağın həcmi ötən ildə qeydə alınan səviyyədən ...

Son səkkiz ildə NATO ölkələrinin hərbi büdcələri 270 milyard dollar artıb

19.02.2022 [17:40]
2014-cü ildən bu yana ABŞ istisna olmaqla, NATO-ya üzv ölkələrin hərbi büdcələri 270 milyard dollar artıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Təhlükəsizlik üzrə Münhen konfransında çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq bunun müharibə təhlükəsinin qarşısının alınması üçün edildiyini deyib ...

ABŞ-da koronavirusa yoluxanların sayı 80 milyonu ötüb

19.02.2022 [15:35]
ABŞ-da ötən sutka ərzində COVID-19 infeksiyasına 108 min 480 yoluxma qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 milyon 24 min nəfərə çatıb. AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, fevralın ...