Yaponiyanın Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ olub

04.01.2022 [08:37]
Yanvarın 4-də yerli vaxtla səhər saat 6:09 dəqiqədə Yaponiyanın paytaxtı Tokiodan 1200 kilometr cənubda yerləşən Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb ...

BMT Baş katibi beş nüvə dövlətinin birgə bəyanatını alqışlayıb

04.01.2022 [08:08]
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır.AZƏRTAC xəbər verir ki, bu fikirləri təşkilatın rəsmisi Stefan Düjarrik açıqlamasında bildirib ...

Özbəkistan Əfqanıstana 100 milyon dollar dəyərində elektrik enerjisi satacaq

04.01.2022 [04:11]
Bu il Özbəkistandan Əfqanıstana 100 milyon dollar dəyərində 2 milyard kVt/s elektrik enerjisi satılması ilə bağlı müqavilə imzalanıb.AZƏRTAC xəbər verir ki, Yeni ilin ilk günlərində iki gün çəkən danışıqlarda “Surxan-Puli Xumri” elektrik xəttinin çəkilməsi məsələləri də müzakirə edilib ...

Türkiyə hökuməti Yeni ildə ilk iclasını keçirib

03.01.2022 [21:45]
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökuməti 2022-ci ilin ilk iclasın keçirib. AZƏRTAC xəbər verir ki, iclasdan sonra ənənəvi olaraq Türkiyə xalqına müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin qəbul etdiyi qərarlar barədə geniş məlumat verib ...

Qara dənizin Türkiyə sektorunda yeni perspektivli yataqda qaz axtarışı aparılacaq

03.01.2022 [15:08]
Qara dənizin Türkiyə milli sektorunda yeni təbii yanar qaz yatağında kəşfiyyat-axtarış işlərinin aparılması gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün tviter sosial şəbəkə hesabından paylaşım edib. Videomaterialda məlumat verilir ki, Sakarya qaz yatağına qonşu ərazidə yeni bir sahədə kəşfiyyat aparmağa hazırlıq ...

Sudanda Baş nazirin istefasından sonra vəziyyət daha da gərginləşib

03.01.2022 [14:12]
Ötən ilin oktyabrında baş vermiş hərbi çevriliş zamanı ev həbsinə məhkum edilən və noyabrda hərbi xuntanın rəhbəri general Əbdülfəttah Əl Burhan ilə saziş imzalayaraq yenidən sivil hökumət qurmağa cəhd edən Baş nazir Abdalla Hamduk istefasını elan etdikdən sonra Şimali Afrikanın bu ölkəsində vəziyyət daha da gərginləşib ...

Dünyanın ən yaşlı adamı 119 yaşını Yaponiyada qeyd edib

03.01.2022 [11:46]
Dünyanın ən yaşlı adamı hesab edilən xanım Kane Tanaka yanvarın 2-də Yaponiyanın cənub-qərbində 119 yaşını qeyd edib. AZƏRTAC xəbər verir ki, 1903-cü il yanvarın 2-də Fukuoka prefekturasında anadan olan K.Tanaka Meyci, Tayşyo, Syova, Heysey və hazırda davam edən Reyva dövrlərində yaşayıb. Ailə üzvlərinin bildirdiyinə görə xanım K.Tanaka 120 yaşını da qeyd etmək niyyətindədir ...

Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ olub

03.01.2022 [08:51]
Yanvarın 3-də Sakit okeanda, Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Agentliyi məlumat yayıb. Yeraltı təkanların episentrinin təqribən 1100 nəfərin yaşadığı Solodan 104 kilometr şimal-qərbdə və 36 min nəfərin yaşadığı ...

Kolumbiyada silahlı toqquşmalar nəticəsində 20 nəfər ölüb

03.01.2022 [08:35]
Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində ləğv edilmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvləri ilə Milli Azadlıq Ordusunun (ANO) silahlıları arasında baş verən toqquşmalarda ən azı 20 nəfər həlak olub. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli Karakol radiostansiyası məlumat yayıb ...

Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 829 minə yaxın olub

03.01.2022 [07:53]
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfər yeni koronavirusa yoluxub ...

Qırğızıstan Ali Avrasiya İqtisadi, Avrasiya Hökumətlərarası və Avrasiya İqtisadi Komissiyası şuralarına sədrlik edəcək

03.01.2022 [06:42]
2022-ci ildə Qırğızıstan Ali Avrasiya İqtisadi Şurasına (AAİŞ), Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyası Şurasına sədrlik edəcək. AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, sədrlik çərçivəsində bu ilin may ayında Bişkekdə AAİŞ-in iclası və Avrasiya İqtisadi Forumu keçiriləcək ...

Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı olub

03.01.2022 [02:55]
ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. AZƏRTAC Ağ Evin mətbuat katibi Cen Psakinin telefon zəngi ilə bağlı bəyanatına istinadla xəbər verir ki, söhbət zamanı Cozef Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib ...

Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub

03.01.2022 [00:06]
Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. AZƏRTAC “Telesur” kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib. Məlumata görə, Baş nazir bayram münasibətilə mərasimin keçirildiyi məbəddən çıxarkən ona bir neçə atəş açılıb ...

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olacaq

02.01.2022 [22:29]
Bu gün Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Cozef Bayden arasında telefon danışığı olacaq. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, prezidentlərin telefon danışığı Kiyev vaxtı ilə saat 22:00-dan sonra baş tutacaq. Qeyd edək ki, Ukrayna və ABŞ prezidentlərinin bundan əvvəlki telefon ...

İran xaricdən COVID-19 peyvəndi almağı dayandırır

02.01.2022 [22:01]
İran Ərzaq və Dərman Administrasiyasının sədri Bəhram Darayi dövlət televiziyasında verdiyi açıqlamada ölkədə aparılan peyvənd araşdırmaları və istifadə edilən vaksinlər haqqında məlumat verib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, B.Darayi xaricdən COVID-19-a qarşı vaksinlərin idxalının dayandırıldığını və yerli ...

Misir ötən il Süveyş kanalından 6,3 milyard dollar gəlir əldə edib

02.01.2022 [18:44]
Misir ötən il Süveyş kanalında gəmilərin keçidindən 6,3 milyard dollar gəlir əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə məlumat verib. İdarə rəisinin sözlərinə görə, 2021-ci ildə Süveyş kanalından daxil olan vəsait 2020-ci il ilə müqayisədə 12,8 faiz ...

Səudiyyə Ərəbistanının Tabuk regionu qar örtüyünə bürünüb VİDEO

02.01.2022 [18:22]
Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib. Sakinlər ağ örtüyə bürünmüş dağların ətəyində tonqal qalayıb, Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial ...

Türkiyə və Rusiya prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02.01.2022 [17:17]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Danışıqlar zamanı prezidentlər ikitərəfli əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, gələcək qarşılıqlı faydalı ...

Gürcüstanda “omikron” ştamına yoluxanların sayı 144-ə çatıb

02.01.2022 [16:41]
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı kəskin artıb. Yanvarın 2-nə olan məlumata əsasən, ölkədə “omikron”a yoluxanların sayı 144-ə çatıb. Onların 51-i son sutkada yoluxub. AZƏRTAC xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai ...