İYUNUN 20-DƏ GÜRCÜSTANDA BEYNƏLXALQ QAÇQINLAR GÜNÜ QEYD EDİLƏCƏKDİR

18.06.2004 [23:41]
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı missiyasının təşəbbüsü ilə iyunun 20-də Gürcüstanda Beynəlxalq qaçqınlar günü qeyd ediləcəkdir. Bu gün dünyada 4-cü, Gürcüstanda 3-cü dəfə qeyd olunur. Həmin gün Gürcüstanda BMT-nin ...

ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI DÖVLƏT BAŞÇILARI ŞURASININ DAŞKƏND GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR

18.06.2004 [17:31]
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının zirvə görüşü başa çatmışdır. Görüşdə Özbəkistan, Rusiya, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistanın dövlət başçılarının rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər. Əfqanıstan ...

ACARISTAN SEÇKİLƏRƏ HAZIRLAŞIR

18.06.2004 [17:25]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 20-də Acarıstan Ali Sovetinə seçkilər keçiriləcəkdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışır. Avropa ...

GÜRCÜSTANDA İYUNUN 16-DAN ELEKTRİK ENERJİSİ FASİLƏLƏRLƏ VERİLİR

18.06.2004 [17:24]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın İnquri su-elektrik stansiyasında baş verən qəza nəticəsində iyunun 16-dan ölkə ərazisinə elektrik enerjisi fasilələrlə verilir. Mütəxəssislərin fikrincə, qəzanın nəticələrini iyunun sonunadək aradan ...

GÜRCÜSTAN PARLAMENTİ ÜZVLƏRİNİN MAAŞLARI ARTIRILMIŞDIR

18.06.2004 [17:08]
Gürcüstan parlamenti maliyyə-büdcə komitəsi sədrinin müavini Bejan Busxrikidzenin verdiyi məlumata görə, parlament üzvlərinin maaşları artırılmış və iyun ayının 1-dən etibarən onlar ayda 1.300 lari məbləğində məvacib alacaqlar.
...

LİTVADA MÜSƏLMAN TƏLƏBƏLƏRİN FORUMU KEÇİRİLMİŞDİR

18.06.2004 [11:55]
AzərTAc Müstəqil İslam İnformasiya agentliyinə istnadla bildirir ki, Vilnüsdə Litvanın müsəlman tələbələrinin “Avropada İslam mədəniyyəti: əməkdaşlıq, yoxsa, qarşıdurma” mövzusunda dördüncü forumu keçirilmişdir.
Müsəlman Gənclər Cəmiyyəti və Avropa İslam ...

AFİNADA ƏCNƏBİ TURİSTLƏR ÜÇÜN HƏBSXANA AÇILACAQ

18.06.2004 [11:51]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, yay Olimpiya oyunları ərəfəsində Afinada əcnəbilər üçün həbsxana açılacaqdır. Bunu Yunanıstanın ədliyyə naziri Anastasis Papaliquras bildirmişdir.
Nazir demişdir: “Avqustda, Olimpiadanın keçirildiyi ...

YAPONLAR ANTARKTİDADA İMƏCİLİK KEÇİRƏCƏKLƏR

18.06.2004 [11:50]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, yaponlar Antarktidada öz bazasında yığılıb qalan yüzlərlə ton zibili yığışdırmaq məqsədi ilə əsaslı təmizlik işləri aparmaq niyyətindədirlər.
Yaponiya hökumətinin hesablamalarına ...

RUSİYA VƏ İKT DÜNYANIN DİNİ ƏLAMƏT ÜZRƏ BÖLÜNMƏSİNƏ YOL VERMƏYƏ BİLƏRLƏR

17.06.2004 [21:20]
AzərTAc-ın İstanbuldan aldığı xəbərə görə, Rusiya XİN-in başçısı Sergey Lavrov İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin xarici işlər nazirlərinin 31-ci sessiyasının burada keçirilmiş iclasında iştirak etdikdən sonra mətbuat konfransında bəyan ...

BRÜSSELDƏ AVROPA BİRLİYİNƏ ÜZV ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ TOPLANTISI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

17.06.2004 [18:48]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 17-də Brüsseldə Avropa Birliyinin üzvü olan 25 ölkənin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı öz işinə başlamışdır.
Zirvə toplantısında AB-nin konstitusiya nizamnaməsinin ...

RUSİYA PREZİDENTİ DAŞKƏNDƏ GƏLMİŞDİR

17.06.2004 [17:49]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 17-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının sammiti öz işinə başlamışdır. Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etmək üçün Daşkəndə gəlmişdir. ...

UKRAYNA BAŞ PROKURORLUĞU RÜŞVƏTXORLUQLA MÜBARİZƏDƏ TƏLƏBƏLƏRDƏN KÖMƏK İSTƏMİŞDİR

16.06.2004 [19:59]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Ukrayna Baş Prokurorluğu ali məktəb müəllimlərinin rüşvət alması halları barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi xahişi ilə tələbələrə müraciət etmişdir.
Baş Prokurorluğun ...

İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN İSTANBUL GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR

16.06.2004 [19:57]
İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən növbəti 31-ci iclası başa çatmışdır. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, üç gün davam edən müzakirələrlə əlaqədar məlumatlar ...

TÜRKİYƏ NÜMAYƏNDƏSİ İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ SEÇİLMİŞDİR

16.06.2004 [19:21]
AzərTAc-ın İstanbuldan aldığı xəbərə görə, Türkiyə nümayəndəsi, İslam Konfransı Təşkilatının İstanbuldakı Tarix, Sənət və Kültür Mərkəzinin baş direktoru professor Əkmələddin İhsanoğlu növbəti dörd il müddətinə İKT-nin baş katibi seçilmişdir. ...

ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ÖZBƏKİSTANDA SƏFƏRDƏDİR

16.06.2004 [19:12]
AzərTAc-ın müxbiri xəbər verir ki, ÇXR-in sədri Xu Tzintau Özbəkistanda rəsmi səfərdədir. O, Özbəkistan Prezidenti İslam Kərimov ilə görüşmüşdür. İki ölkə arasında əməkdaşlığın bütün sahələri ilə bağlı 10 saziş ...

UKRAYNA SÜLHMƏRAMLILARI İRAQDA AKADEMİYA AÇMIŞLAR

16.06.2004 [14:53]
AzərTAc-ın Ukrinformdan aldığı xəbərə görə, İraqın Əl Küt şəhərinin hava limanında yerləşən Ukrayna sülhməramlılarının “Delta” baza düşərgəsi nəzdində iraqlılar üçün yaradılmış Sərhəd Polisi Akademiyasında təlim kursları açılmışdır.
Hərbi ...

DUBAY DÜNYANIN ƏN İRİ TİCARƏT MƏRKƏZİDİR

16.06.2004 [14:51]
AzərTAc-ın ərəb informasiya mənbələrindən aldığı xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri dünyanın ən iri ticarət mərkəzidir. Hazırda 190-dan çox ölkə onun ticarət tərəfdaşıdır. Bu ölkələrin sayı 2001-ci ildən ...

GÜRCÜSTANIN TÜRKİYƏ İLƏ SARP GÖMRÜK-BURAXILIŞ MƏNTƏQƏSİNDƏ GEDİŞ-GƏLİŞ SADƏLƏŞDİRİLMİŞDİR

16.06.2004 [14:45]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanla Türkiyə arasında Sarp gömrük-buraxılış məntəqəsində artıq “yaşıl dəhliz” açılmışdır. Burada müvafiq kompüter texnikası quraşdırılmış, “deklarasiya olunmur”, “yaşıl” və “deklarasiya olunur”, “qırmızı” dəhlizlər ...

İSRAİL FRANSAYA 200 MİLYON DOLLARLIQ HƏRBİ TEXNİKA SATIR

16.06.2004 [13:12]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İsrail hökuməti Fransaya 200 milyon dollarlıq (165 milyon avro) pilotsuz hava gəmiləri satmağa razılıq vermişdir. Bu razılığa əsasən, İsrailin Erkaft sənaye qrupu Earl-1 ...