DÜNYA
Rusiyada qətl törətmiş Qriqor Oqanyan Yerevana qaçıb
Moskva, 4 iyun, AZƏRTAC
Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən Qriqor Oqanyan Ermənistana qaçıb.
AZƏRTAC xəbər verir ki, qətldə şübhəli bilinən daha iki nəfər Rusiya İstintaq Komitəsi tərəfindən Moskvada saxlanılıb. Onların da Ermənistan vətəndaşı olduqları ehtimal edilir. N.Belyankinin atası jurnalistlərə deyib ki, davada iştirak edənlərin əksəriyyəti hadisədən sonra dərhal Moskva-Yerevan reysi ilə Rusiyanı tərk ediblər.
İyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı 24 yaşı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı ermənilərə məxsus barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Gənc düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri ona ürəyindən ölümcül bıçaq yarası vurub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [18:14]
Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır
- 29.05.2024 [17:47]
Anaklia limanının investorları Çin şirkətləri olacaq
- 29.05.2024 [17:43]
İngiltərədə gənc həkimlər növbəti tətilə hazırlaşırlar
- 29.05.2024 [17:21]
“Evdə tək” filmindəki ev satışa çıxarılıb
- 29.05.2024 [17:17]
“Hitachi” və “Google Cloud” süni intellekt sahəsində əməkdaşlıq edəcəklər
- 29.05.2024 [17:08]
Frensis Bekonun rəsm əsəri oğurlandıqdan 9 il sonra tapılıb
- 29.05.2024 [17:04]
Londonda Fələstinə dəstək aksiyası zamanı 40 nəfər saxlanıb
- 29.05.2024 [16:19]
Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir
- 29.05.2024 [16:08]