Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir
Tbilisi, 8 iyun, AZƏRTAC
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində elektron səsvermənin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, elektron səsvermə hüququ olan 537 vətəndaşdan 410-u seçkilərdə iştirak edib. Etibarsız hesab edilən bülletenlərin sayı 22 olub.
MSK sədri Vaaqn Hovakimyanın təqdim etdiyi nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 330 səs toplayaraq elektron səsvermədə lider olub.
“Güclü Ermənistan” bloku və “Birlik Qanadları” Partiyası hər biri 13, “Ermənistan” seçki bloku isə 8 səs qazanıb.
“Çiçəklənən Ermənistan” Partiyası 5, “Şərəfli Partiya” 5, “Respublika” Partiyası isə 4 səs əldə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]