Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) piramida sistemləri ilə bağlı maarifləndirici video-material hazırlayıb.
AZƏRTAC xəbər verir ki, materialda piramida sistemlərinin mahiyyəti, fəaliyyət prinsipi və əsas xüsusiyyətləri izah olunur.
Qeyd olunub ki, piramida sistemləri qısa müddətdə yüksək və zəmanətli gəlir vəd etməklə insanları cəlb edən riskli maliyyə sxemləridir. Bu sistemlərdə gəlir, bir qayda olaraq, real iqtisadi fəaliyyət hesabına deyil, yeni iştirakçıların yatırdığı vəsaitlər hesabına formalaşır.
Videoda vətəndaşlara belə sxemlərin əsas əlamətlərini tanımaq, şübhəli maliyyə təkliflərini qiymətləndirmək və qərar verməzdən əvvəl məlumatları yoxlamaqla bağlı tövsiyələr verilir.
MKA vətəndaşları şübhəli vədlərə deyil, yoxlanılmış və etibarlı məlumatlara əsaslanmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:28]
® Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş VİDEO
- 21.09.2026 [14:06]
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
- 21.09.2026 [13:47]
Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb
- 21.09.2026 [12:45]
ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]