Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq
Bakı, 7 iyun, AZƏRTAC
Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların sonuncu idmançılar final mərhələsində qüvvələrini sınayacaqlar. Bununla da yarışın mükafatçıları bəlli olacaq.
Ötən gün akrobatika gimnastikasında Azərbaycanı təmsil edən Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 57.370 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Kişi cütlüyü Seymur Cəfərov və Rəsul Seyidli isə 54.300 xalla həlledici raunda yüksəlib.
Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18.550 xal nəticə ilə final mərhələsinə adlayıb. Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə 17.088 xal toplayaraq finalda iştirak hüququ əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]