Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Qahirə, 7 iyun, AZƏRTAC
Çadın şərqində əkinçilərlə çobanlar arasında baş verən toqquşmalar nəticəsində azı 11 nəfər həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə Şərqi Mayo-Kebi əyalətinin Kim rayonunda yerləşən bir neçə kənddə qeydə alınıb. Münaqişəyə səbəb mal-qara sürüsünün əkin sahələrinə ziyan vurması olub.
Məlumata görə, qarşıdurma zamanı daha beş nəfər yaralanıb. Bundan əlavə, bir neçə kənddə evlərə od vurulduğu bildirilir.
Qeyd edək ki, Çadda torpaq və otlaq sahələri üstündə əkinçilərlə çobanlar arasında münaqişələr tez-tez baş verir. Ölkənin İctimai Təhlükəsizlik və Miqrasiya Nazirliyinin son məlumatına əsasən, 2024–2025-ci illər ərzində baş verən oxşar toqquşmalar nəticəsində 3018 nəfər ölüb, 3015 nəfər isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]