Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb
Bakı, 7 iyun, AZƏRTAC
Futbol üzrə Türkiyə millisi dünya çempionatı öncəsi sonuncu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” Venesuela yığması ilə qarşılaşıb. Mayamidə baş tutan matçda Vinçenzo Montellanın başçılıq etdiyi Türkiyə seçməsi 2:1 hesablı qələbə qazanıb. Qalib komandanın heyətində qolları Barış Alpər Yılmaz və Yunus Akgün vurublar. Hər iki qolun ötürməsini Arda Gülər edib. Venesuela yığmasında isə Qleyker Mendosa fərqlənib.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda yer alıb. Komanda ilk matçını iyunun 14-də Avstraliya yığmasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [12:39]
ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır
- 02.11.2026 [12:14]
“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik
- 02.11.2026 [11:41]
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 02.11.2026 [11:20]
Kimi Antonelli “Formula 1”də rekorda imza atıb
- 02.11.2026 [11:18]
Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq
- 02.11.2026 [11:05]
Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir
- 02.11.2026 [10:36]
Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb
- 02.11.2026 [10:16]
Azərbaycan Premyer Liqasında X tura yekun vurulur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
- 01.11.2026 [23:56]