Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur
London, 7 iyun, AZƏRTAC
Böyük Britaniyada dövlət xərclərinə nəzarət edən parlament komitəsi hökumətin müdafiə xərcləri ilə bağlı planının gecikdirilməsinin ölkənin müttəfiqləri qarşısında etibarlılığına mənfi təsir göstərdiyini bildirib.
AZƏRTAC bu barədə BBC-yə istinadla xəbər verir. İctimai Hesablar Komitəsinin hesabatında qeyd olunur ki, Müdafiə İnvestisiya Planı ötən ilin payızında dərc edilməli olsa da, sənədin NATO-nun gələn ay keçiriləcək sammiti ərəfəsində açıqlanacağı gözlənilir. Komitənin fikrincə, planın gecikməsi ən müasir hərbi texnikanın və avadanlıqların alınmasını daha baha başa gətirəcək ki, bu da hökumətin Silahlı Qüvvələri modernləşdirmək səylərinə mane olur.
Müdafiə İnvestisiya Planında qarşıdakı on il ərzində yeni hərbi texnikanın və müdafiə infrastrukturunun maliyyələşdirilməsi mexanizmlərinin əks olunacağı gözlənilir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, plan əvvəlki hökumətdən miras qalmış köhnəlmiş, həddindən artıq öhdəlik götürmüş və kifayət qədər maliyyələşdirilməmiş proqramın problemlərini aradan qaldırmağa kömək edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]