Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb
Ankara, 7 iyun, AZƏRTAC
Türkiyənin Niğde vilayətində baş verən sel və daşqınlar nəticəsində bir nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, güclü leysan yağışı nəticəsində Niğde vilayətinin Gümüşlər rayonunda təbii fəlakət baş verib.
Hadisə bölgəsində avtomobil yollarına və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Nəqliyyat vasitələri yollarda qalıb.
Niğde valisi Nedim Akmeşe bildirib ki, sel suları Gümüşlər rayonunun altı sakinini aparıb, onlardan biri həlak olub, digərləri xəstəxanaya çatdırılıb.
Vali vətəndaşları çay yataqlarından və daşqın riski olan ərazilərdən uzaq durmağa çağırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [12:48]
Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir
- 02.11.2026 [11:45]
ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb
- 02.11.2026 [11:23]
Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
- 01.11.2026 [23:56]
“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub
- 01.11.2026 [23:11]