Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb
Bakı, 7 iyun, AZƏRTAC
Pentaqonun kəşfiyyat qanadı son həftələrdə İsrailin casusluq fəaliyyəti ilə bağlı qiymətləndirilən təhdid səviyyəsini “yüksək”dən “kritik” həddədək qaldırıb.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik barədə ilk xəbəri cümə günü "NBC News" yayıb, növbəti gün isə "The New York Times" qəzeti özünün xüsusi hesabatını dərc edib.
Xəbər agentlikləri anonim mənbələrinə istinadən bildiriblər ki, verilən qərar ABŞ-İsrailin İrana qarşı müharibəsi ilə bağlı getdikcə daha təcavüzkar xarakter alan taktikalardan yaranan narahatlıqlar fonunda qəbul edilib.
Mənbələr qeyd edib ki, Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyi (DIA) İsrailin getdikcə daha çox yüksək rütbəli ABŞ rəsmilərini izləməyə (güdməyə) çalışması qorxusu fonunda xəbərdarlıq səviyyəsini artırıb. İddia olunur ki, İsrailin ABŞ rəsmilərini güdməsində məqsəd Ağ Evin müharibəni bitirməklə bağlı daxili müzakirələrini öyrənmək və anlamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]