Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayır
Pekin, 5 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayır.
AZƏRTAC xəbər verir ki, Si Cinpin üç günlük səfər zamanı Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Dövlət başçıları iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümünə həsr olunan bir neçə tədbirdə iştirak edəcəklər. Çin Sədri bundan başqa, Sankt-Peterburqda təşkil olunacaq 23-cü Beynəlxalq İqtisadi Forumda çıxış edəcək.
Çinin Rusiyadakı səfiri Li Huy deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi keçən il rekord həddə çataraq, 100 milyard ABŞ dollarını ötüb. Tərəflər ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı hədəfləyirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]