“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
Bakı, 11 iyun, AZƏRTAC
“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisində 50-ci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə müdafiəçiyə üzərində “50” rəqəmi yazılmış forma hədiyyə olunub. Onunla yanaşı, Andres Andrade də mükafatlandırılıb.
Miller bu göstəriciyə Dominikan Respublikası ilə keçirilən yoldaşlıq görüşündə nail olub. Meydana start heyətində çıxan futbolçu fasilədən sonra əvəzlənib.
Qarşılaşma Panama millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Roderik Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [16:28]