Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA
Bakı, 11 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 10 milyon 693,31 min dollar dəyərində 404 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 milyon 717,99 min dollar (47,6 faiz azalma) və 205 ədəd (33,7 faiz azalma) azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, həmin dövrdə ölkəyə 42 milyon 240,98 min dollarlıq 1942 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 74 milyon 811,63 min dollar (63,9 faiz azalma) və 4026 ədəd (67,5 faiz azalma) azdır.

Həmçinin 5760 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 2608 ədəd və ya 31,2 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 47 milyon 242,37 min dollar və ya 27,6 faiz azalaraq 123 milyon 664,36 min dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?
- 11.06.2026 [16:46]
® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- 11.06.2026 [16:24]