Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb
Tbilisi, 11 iyun, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi “Daryal” sərhəd-keçid məntəqəsinin neytral zonasında olan 17 nəfərlə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan tərəfi onların mütəşəkkil, təhlükəsiz və könüllü şəkildə vətənlərinə qayıtması üçün Ukrayna və beynəlxalq təşkilatlarla intensiv danışıqları davam etdirir.
DİN-in bəyanatında deyilir ki, nazirlik Ukraynanın Gürcüstandakı səfirliyi və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə neytral zonada olan şəxslərin əsas ehtiyaclarını təmin edir.
“Hazırda qadınlar və uşaqlar da daxil olmaqla, 17 nəfər “Daryal” sərhəd-keçid məntəqəsinin neytral zonasında qalır. Həmin şəxslər Ukrayna vətəndaşı olduqlarını iddia etsələr də, sərhədi keçmək üçün tələb olunan etibarlı sənədlərə malik deyillər və Gürcüstanın dövlət sərhədinə giriş meyarlarına cavab vermirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]