Azərbaycan Dövlət İnformasiya Agentliyi

Depressiya haqqında bildiklərimiz və bilmədiklərimiz VİDEO

Depressiya haqqında bildiklərimiz və bilmədiklərimiz VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Depressiya (latınca “deprimo” - “təzyiq göstərmək”, “əzmək” sözündən) insanın əmək qabiliyyətini kəskin şəkildə azaldan, həm xəstənin özünə, həm də onun yaxınlarına əziyyət verən ciddi xəstəlikdir. Depressiya zamanı insanın öz nəzərində dəyəri azalır, həyata və adi fəaliyyətə marağın itməsi müşahidə olunur. Dünyanın bütün ölkələrində aparılmış araşdırmalar göstərir ki, XXI əsrdə depressiya da ürək-damar xəstəlikləri kimi ən geniş yayılmış xəstəliyə çevrilir.

Təəssüf ki, depressiyanın səciyyəvi təzahürləri və nəticələri barədə insanların məlumatı çox aşağı səviyyədədir. Buna görə də xəstələrin çoxuna yalnız depressiyanın kəskinləşdiyi vaxtda kömək göstərilir, bəzən isə ümumiyyətlə kömək göstərilmir. Bir sıra hallarda depressiyadan əziyyət çəkən insan alkoqollu içkilərdən və ya psixotrop maddələrdən sui-istifadə etməyə başlayır.

Bəs bu xəstəliyin ilk əlamətləri necə təzahür edir? depressiya barədə diaqnoz necə qoyulur? Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında “Ailə həkimi” verilişinin, hazırda isə ATV telekanalında “Üçüncü göz” proqramının aparıcısı Əli Nağıyev AZƏRTAC-ın müxbirinin bu və digər suallarına cavab verir.

-Bildiyiniz kimi, hər il aprelin 7-də, Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün Dünya Sağlamlıq Günü qeyd edilir. Bu, səhiyyə sahəsində bütün dünyada insanları narahat edən müəyyən mövzu ilə əlaqədar qüvvələri səfərbər etmək üçün nadir imkandır. 2017-ci ildə Dünya Sağlamlıq Gününün qeyd edilməsi ilə bağlı kampaniya depressiya mövzusuna həsr ediləcək. Adamların çoxu belə hesab edir ki, depressiya əvvəllər məlum olmayan və yalnız bizim dövrdə geniş yayılmış, bu qədər böyük sosial əhəmiyyət kəsb etmiş xəstəlikdir. Bu, həqiqətən belədirmi?

-Depressiya hər bir insan üçün ən xoşagəlməz vəziyyətlər kateqoriyasına aiddir. Qeyd etməliyəm ki, hələ antik dövrün həkimləri depressiya ilə tanış idilər. Məsələn, Hippokrat depressiyanın müasir anlayışını çox xatırladan “melanxoliya” adlı vəziyyəti ətraflı təsvir edib və hətta antik təbabətin imkanları çərçivəsində onun müalicə üsullarını tövsiyə edib. Təbabətin atası adlanan bu təbib depressiyaya məruz qalmış xəstələrin çoxunun vəziyyətinin hava şəraitindən, ilin fəslindən asılı olmasına, depressiyaların mövsümi dövri xarakter daşımasına, bəzi xəstələrin yuxusuz keçirdiyi gecədən sonra onların vəziyyətinin yaxşılaşması hallarına diqqət yetirirdi. Beləliklə o, yuxunun və günəş işığının deprivasiya (fototerapiya) effektini kəşf etməyə yaxınlaşmış, lakin bu kəşfi etməmişdir. Qədim Misirin ən mühüm tibbi traktatlarından biri olan Ebers papirusunda da depressiya qısa təsvir edilib.

-Siz depressiyanın hansı ilkin, xəbərdaredici simptomlarını göstərə bilərsiniz?

-Depressiyanın xəbərdaredici ilkin simptomları sırasına yorğunluq, orqanizmin imkanlarının tükənməsi, enerjinin olmaması hisslərini, bütövlükdə əzgin əhval-ruhiyyəni, istirahətə ehtiyacın artmasını aid etmək olar. Eyni zamanda insanın özünə inamının azalması, öz imkanlarına şübhə etməsi, maraq və arzularının olmaması, yuxulaya bilməməsi və normal yatmaması, gündəlik vəzifələrinə sayğısız münasibət, diqqətin pozulması, seksual marağın azalması, qorxu və nevroz da bu xəstəliyin ilkin əlamətləridir.

Təəssüf ki, əhvalı pozulmuş insanların çoxu antidepressant preparatların nəzarətsiz qəbul edilməsi və ya alkoqollu içkilərin sui-istifadəsi şəklində təsəlli axtarırlar. Təcrübə göstərir ki, bu, yaranmış vəziyyətdən heç də yaxşı çıxış yolu deyil. Depressiv pozuntular yaranması aspektləri arasında internetdən asılılıq kimi sosial-psixoloji aspektləri də qeyd etmək lazımdır. Müasir dövrdə insan özünün idrakı tələbatı ilə yanaşı öz imkanlarını aktuallaşdırmaq, müəyyən sosial qrupa mənsub olmaq ehtiyaclarını da “dünya hörümçək toru” şəbəkəsində təmin edə bilir. Lakin dünyanın aparıcı tibb universitetlərinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmaların nəticələri göstərir ki, real dünyada insanlarla ünsiyyətin aşağı səviyyədə olmasını sosial şəbəkələrin virtual reallığında ünsiyyət hesabına kompensasiya etmək cəhdləri depressiya yaranması ehtimalını qat-qat artırır.

-Siz bu xəstəliyin profilaktikası üçün nə məsləhət görürsünüz?

-Xəstəliyin gedişinə təsir edən amillər müxtəlifdir: orqanizmdə vitaminlərin və mikroelementlərin çatışmazlığı, mineralların və amin turşularının defisiti və sair. Pasiyentin qanında faydalı maddələrin balansı müalicənin uğurlu olmasının əsasıdır. Xəstənin özünün sağalma və xoşbəxt həyat sürmək arzusu onun vəziyyətinin yaxşılaşması üçün mühüm məqamdır. İnkişaf etməkdə olan depressiyanın tipinin müəyyən edilməsi üzrə diaqnostik tədbirlər təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməlidir. Depressiyanın keyfiyyətli müalicə üsulunun seçilməsi üçün bu sahədə peşəkardan məsləhət almaq zəruridir. Bundan əlavə, çoxsaylı eksperimentlərlə sübut edilib ki, depressiya otların köməyi ilə yaxşı müalicə olunur. Dərman bitkiləri ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi üçün təsirli metod hesab edilir. Həkim xəstə barəsində məlumatdan istifadə edərək onun vəziyyətini hərtərəfli təhlil edir və hansı müalicəvi otlardan istifadə etmək lazım olduğunu tövsiyə edir. Dazı otu, bataqlıq zanbağı, andız, eleuterokokk, jenşen, araliya və bir sıra başqa müalicəvi otlar depressiyadan yaxa qurtarmağa kömək edir. Nəzərə almaq lazımdır ki, qeyri-ənənəvi metodlarla müalicə çox vaxt dərman preparatları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən mütəxəssislə məsləhətləşmək çox vacibdir.

İnsanın depressiyadan və digər mənəvi problemlərdən xilas olması üçün böyük potensiala malik olan üsullardan biri də meditasiyadır. Elmi tibbi ictimaiyyət həyəcanlanma, depressiya və digər mənəvi problemlərlə mübarizə kontekstində meditasiyanın yüksək potensiala malik olmasını müəyyən edib. Alimlər sübut ediblər ki, meditasiya insan beynində onun hərəkətlərinə nəzarət və xoş emosiyalar üçün cavabdeh olan hissələrin fəallığını artırır. Lakin meditasiyanın sizə həqiqətən kömək etməsi üçün siz nə məqsədlə meditasiya etdiyinizi, bunun nə üçün lazım olduğunu və düzgün icra yollarını təxmini də olsa, anlamalısınız. Ona görə ki, meditasiya möcüzəli xoşbəxtlik həbi, yaxud xoşagəlməz emosiyaları dəf etmək və xoş emosiyalar keçirmək üsulu deyil.

Depressiya haqqında bildiklərimiz və bilmədiklərimiz VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərəli tanınmış futbolçu “Beşiktaş”dan ayrılır

Teymur Musayev: Davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə beynəlxalq reytinqdə irəliləyib

Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır

Səhiyyə naziri: Sertifikasiya imtahanından keçməyən işçinin 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması təklif olunur

Vəkillər penitensiar müəssisələrdə məhkumlara hüquqi yardım göstəriblər

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd edir

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

"Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

® “Birbank Biznes”dən xanım sahibkarlar üçün daha bir fürsət

Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Teymur Musayev: Tibb mütəxəssislərinin sertifikasiyası üzrə imtahan qaydaları və suallar bazası yenilənir

Kiyevdə Türkiyə vətəndaşını qarət edən iki əcnəbi saxlanılıb

Birinci Qarabağ müharibəsinin şəhidi Ağcabədidə torpağa tapşırılıb

BDU tələbələri ətraf mühitin qorunması yollarını öyrənirlər

Nazir: Bu ilin əvvəli ölkə üzrə çalışan tibb işçilərinin sayı 92 min 896 nəfər olub

Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb

Qazaxıstan Aral dənizinin şimal hissəsini bərpa edir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edib

İstanbulda Türkiyə-ABŞ-Ukrayna formatında görüş keçirilib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi doktoranturaya qəbul elan edir

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Qubada dəfn olunub

Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Yüzdən çox italiyalı artan gərginlik fonunda Liviyadan ölkəsinə qayıdıb

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edilib

Liviyalı futbolçu nə “Beşiktaş”a, nə də “Monako”ya lazım oldu

“Dil koqnitiv, ritorik və neyrobioloji elmlərin qovşağında” monoqrafiyası çapdan çıxıb

Parlamentdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir

Azərbaycan Basketbol Federasiyasının nümayəndə heyəti Bəhreyndəki konqresə qatılıb

® “Huawei” Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim edib

Gürcüstan AŞPA qarşısında şərt irəli sürüb

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdirilir

Sabah hava əsasən yağmursuz keçəcək

Kardinal Parolin: İstanbuldakı danışıqların sülhə yollar açacağına ümidvaram

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir YENİLƏNƏCƏK

Benzemanın komandası Səudiyyə Ərəbistanı çempionu olub

Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib

Hərbi qulluqçuların törətdiyi aşkar cinayətlər üzrə sadələşdirilmiş təhqiqat imkanı yaradılır

Media: ABŞ mühacirlərlə mübarizəyə Milli Qvardiyanı cəlb etmək istəyir

Fizioloji mütənasibliyi pozulmuş şəxslərin erkən pensiyası dövlət büdcəsindən maliyyələşəcək

Media: Brüssel Rusiyaya qarşı tam ticarət embarqosu variantını nəzərdən keçirir

® ADA Universitetinin 12 tələbəsi “Azercell”də təcrübə keçəcək

Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişləndirilir

“Azərtütün” tərəfindən bu günədək şimal-qərb rayonlarında 725,3 hektar sahədə tütün əkilib

İstanbulda üçtərəfli formatlarda Ukraynaya dair görüşlər təşkil edilib

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq

“Barselona”nın prezidenti: Yamal dahi futbolçudur

“Mərkəzi Elmi Kitabxananın nəşrləri” biblioqrafik göstərici çapdan çıxıb

Yaxın Şərq Tədqiqatları Mərkəzinin rəhbəri: Prezident İlham Əliyevin təbriki türk birliyinə dair strateji siqnaldır

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Yusif Məmmədov Sumqayıtda dəfn olunub VİDEO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Yusif Məmmədov Sumqayıtda dəfn olunub VİDEO

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Azərbaycanın iki sərbəst güləşçisi İranda fəxri kürsüyə qalxıb

Sumqayıtın bəzi ərazilərinə qazın verilişi dayandırılıb

NBA: “Denver Naqqets” doğma meydanda qalib gələrək seriyanı bərabərləşdirib

Qlobal Cənub QHT Platformasının üzvləri danışır – Mayotun Azadlıq Liqasının prezidenti Muhammud Muhidin VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır – Mayotun Azadlıq Liqasının prezidenti Muhammud Muhidin VİDEO

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

ABŞ Dövlət katibi İstanbula gedib

FTB Miçiqan ştatındakı hərbi bazada terror aktının qarşısını alıb

MN: Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib

UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Sadıq Sadıqov: Gənc mütəxəssis Daviti Çivçivadzenin Rimas Kurtinaytisi həyacanlandırması “Neftçi” üçün böyük uğurdur - MÜSAHİBƏ

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub

ADAU-nun startapı beynəlxalq sərgilərdə maraqla qarşılanıb

İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır

Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” mövzusunda elmi konfransı keçirilib

“Diqlas” ticarət mərkəzinin yerində yenisinin tikintisinə icazə verilib

FAO-da Azərbaycanın səsi – Şahnur Şahinzadənin uğur hekayəsi

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru

Azərbaycan və Keniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Pedri Messinin rekordunu yeniləyib

Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Lisey şagirdləri “Mədəniyyətlər Günü”nü qeyd ediblər

® “AccessBank” AYİB-dən 10 milyon dollar həcmində əlavə maliyyələşdirmə alıb

Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib VİDEO

Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib VİDEO

Rüsumların azaldılması Çində iş yerlərinin kütləvi ixtisarı təhlükəsini azaldıb

Azərbaycan rəssamı Soltan Soltanlının əsəri finalçılar sırasında

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

“Xəzər” jurnalının yeni nömrəsi çap olunub

Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb

DİM Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddi ilə bağlı sürücülərə müraciət edib

Azərbaycan ərazisindən tranzit keçməklə külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb

Birinci Qarabağ müharibəsinin şəhidi Şərurda torpağa tapşırılıb - YENİLƏNİB  VİDEO

Birinci Qarabağ müharibəsinin şəhidi Şərurda torpağa tapşırılıb - YENİLƏNİB VİDEO

Bu ilin dörd ayında pensiya ödənişlərinə 2 milyard 361 milyon manat vəsait yönəldilib

Yaponiyada iqtisadi göstəricilər proqnozlardan da aşağı səviyyəyə düşüb

Milli Kitabxanada “Əbdürrəhim bəy Haqverdiyev – 155” adlı geniş kitab sərgisi açılıb

Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı olub

Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub

Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib

Gənclər Kitabxanasında Əbdürrəhim bəy Haqverdiyevin xatirəsi anılıb

Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər

İngiltərə klubu üç futbolçusu ilə müqavilə müddətini uzadıb

Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı VİDEO

Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı VİDEO

Hakan Fidan Rusiyanın Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin başçısı ilə görüşüb VİDEO

Hakan Fidan Rusiyanın Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin başçısı ilə görüşüb VİDEO

Azərbaycanla Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75-ci ildönümü tamam olur