İQTİSADİYYAT


Fransa portalında “Azərbaycan - cazibədar ölkə” adlı məqalə yayılıb

Paris, 14 aprel, AZƏRTAC

Fransanın “Dreuz.info” portalında Paris yaxınlığındakı Nöyi-sür-Sen Kommunasının merinin müavini Filip Karsentinin “Azərbaycan - cazibədar ölkə” adlı məqaləsi verilib.

Məqalədə Azərbaycanın cazibədarlığının ilk növbədə onun mədəniyyətindən, coğrafiyasından irəli gəldiyi bildirilir. Müəllif Azərbaycanın dünya dövlətləri ilə əlaqələrindən, iqtisadi inkişafından, eləcə də onun multietnik və multikultural ölkə olmasından bəhs edir. Xəzər dənizi sahilində yerləşən, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanın dünyəvi ölkə olduğu, dünya xəritəsində özünəməxsus yer tutduğu diqqətə çatdırılır. Müəllif Azərbaycanın Fransanın strateji tərəfdaşı olduğunu vurğulayır.

Yazıda Azərbaycanda yaşayan xristianların azad şəkildə kilsələrə getmələri, yəhudilərin isə kipa ilə küçələrdə rahat gəzmələri bildirilir. Həmçinin Bakının küçələrinin təmizliyindən söz açılır və bu tarixi şəhərdə beynəlxalq səviyyədə tanınan memarların təsəvvürlərinin məhsulu olan möhtəşəm müasir binaların ucaldığı qeyd olunur.

Məqalədə ölkəmizin yeganə ağrılı probleminin Dağlıq Qarabağ problemi olduğu bildirilir. Azərbaycan ərazilərinin işğalının beynəlxalq ictimaiyyət tərəfindən tanındığı, bu işğalla bağlı BMT-nin müvafiq dörd qətnaməsinin olduğu vurğulanır. Azərbaycanın güclü ordusu olmasına baxmayaraq, münaqişəni sülh yolu ilə həll etməyə üstünlük verdiyi qeyd edilir.

Müəllif Azərbaycanın mədəniyyətlərin və dinlərin birgə sülh şəraitində yaşadığı nümunəvi məkan olduğunu diqqətə çatdırır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.