Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbir “Araz” Dövlət Qəbul Evində davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Yeni Azərbaycan Partiyası 25 il bundan əvvəl - ölkəmizin həyatında ağır bir dövrdə yarandı. O vaxt iqtisadiyyatı dağılmış vəziyyətdə olan Azərbaycanda siyasi böhran da dərinləşmiş, sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. 1992-ci il noyabrın 21-də yaradılan partiyamız çox keçmədi ki, böyük siyasi hərəkat xarakteri aldı. Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. “Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”, - deyən ölkə Prezidenti, partiyamızı və ölkəmizi ulu öndər Heydər Əliyev yolu ilə aparır.

Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür. Yaradıcısı Ümummilli Lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası daim azərbaycançılıq uğrunda mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutmağımız Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün bütün tələblərə cavab verən inzibati binalar istifadəyə verilmişdir. Bundan başqa, yaradılan yeni qəsəbə və kənd mərkəzlərində 134 ərazi ilk partiya təşkilatı ayrıca iş otaqları ilə təmin edilmişdir. Ötən dövrdə partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 2000-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının sırasında 17 min üzv vardısa, hazırda üzvlərin sayı 3 dəfədən çox artaraq 54 minə çatmışdır.

Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının mühüm nailiyyətlərindən biri də öz ətrafında ziyalıları toplamasıdır. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 32 mindən çoxu ali və orta ixtisas təhsillidir. Muxtar respublikanın siyasi, elmi, mədəni potensialının 70 faizdən çoxu Yeni Azərbaycan Partiyasında cəmləşib. Partiya sıralarında gənclərin və qadınların da xüsusi çəkisi artmaqdadır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında gənclərin sayı 22 minə, qadınların sayı isə 23 minə çatmışdır. Ümummilli Liderimizin də ifadə etdiyi kimi, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Ali Məclisin Sədri deyib: Muxtar respublikamızın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, partiyamız real işlərlə məşğul olur. Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi inkişaf sürətləndirilib. Həyata keçirilən islahatların əhatə dairəsi genişləndirilib. Yeni iş yerləri açılıb, əhalinin yaşayışı yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf davamlı xarakter daşıyır, müasir infrastruktur yaradılır, yollar çəkilir, istehsalat və xidmət sahələri istifadəyə verilir.

Bu nailiyyətlərin qazanılmasında əməyi olanlara və partiya fəallarına təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyasının ideyaları və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışları məhdud zaman çərçivəsinə yox, uzun bir dövrə və tarixi proseslərə hesablanıb. Bunu nəzərə alan Ümummilli Liderimiz də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika qadınları bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq sosial, elmi-intellektual, mədəni potensialın artırılması, müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində öz vəzifələrini layiqincə icra etməyə çalışır. Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı genişləndirilir. Muxtar respublikada qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda üzvlərimizin 6597-si təhsil, 3351-i səhiyyə, 1765-i elm, mədəniyyət və incəsənət, 2029-u idarəetmə, 4976-sı isə digər sahələrdə çalışır. Sevda Quliyeva muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıya görə partiyanın qadın üzvləri adından minnətdarlıq edib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli çıxış edərək deyib: Yeni Azərbaycan Partiyasının keçdiyi yol ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğanı olan müstəqil Azərbaycanın müasir inkişaf tarixidir. Bu gün partiya sıralarında birləşən gənclərimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizin hərtərəfli inkişafına yönəlmiş quruculuq proqramlarının icrasında və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində səylə çalışır, dahi şəxsiyyətin ideyaları ətrafında milli birlik nümayiş etdirirlər. Muxtar respublikada görülən böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi sabitlik digər sahələrdə olduğu kimi, dövlət-gənclər siyasətinin də uğurla həyata keçirilməsinə imkan verir. Qazanılan bu uğurların fonunda həm də xatırlayırıq ki, ötən əsrin 90-cı illərində müstəqilliyimiz itirilmək, bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla addımlayan gənclər ordusundan danışırıq. Naxçıvan gəncləri qurur, yaradır, vətənimiz və xalqımızın işıqlı gələcəyi naminə səylə çalışaraq peşəkar mütəxəssislər kimi yetişir, həyata keçirilən müasirləşmə siyasətinə töhfə verən ictimai qüvvə kimi özünü göstərirlər. Yeni Azərbaycan Partiyası sıralarında birləşən muxtar respublika gənclərinin yolu birdir: Bu yol böyük yaradıcı gücə malik olan Heydər Əliyev yoludur!

Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli televiziya filminə baxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanılıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO