Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Milli Məclisin kollektivi mayın 10-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.