Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Jerusalem Post”: Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur

“Jerusalem Post”: Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur

Baku, 19 fevral, AZRTAC

İsrailin “Jerusalem Post” qəzeti siyasi şərhçi Arye Qutun “Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dözülməz faciə olduğunu yazır. Qeyd edir ki, bu, kobud və vəhşi faşist rejiminin yəhudi xalqına verdiyi sonsuz ağrıdır, ona qarşı həqarətidir, bu xalqın amansızcasına məhv edilməsidir. Holokost kimi dəhşətli əzabları yaşamış yəhudi xalqının nümayəndələri taleyin oxşar zərblərinə tuş gəlmiş digər xalqların ağrısına həmişə şərikdir.

Məqalədə oxucuların diqqəti Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlıların yaşadıqları kənd və rayonlarda ermənilərin törətdikləri genosid aktlarına cəlb edilir. Bildirilir ki, bu hadisələr zamanı erməni işğalçıları bir çox tarixi abidələri dağıdıb, yerli azərbaycanlı əhalini məhv ediblər. Müasir tarixdə Qaradağlı faciəsinə oxşar hadisələr dünyanın bir çox yerlərində baş verib və dünya ictimaiyyəti bunlardan yaxşı xəbərdardır. Məsələn, 1995-ci ilin iyul ayında etnik serb millətçiləri Bosniyanın Srebrenitsa şəhərində 17-70 yaş arasında olan 10 min müsəlmanı qətlə yetirib, bir çoxu diri-diri kütləvi məzarlıqda basdırılıb. Həmin dövrdə Bosniyanın 13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qırğınlar törədilib. Bu hadisələr nəticəsində 200 mindən çox günahsız insan öldürülüb, minlərdə adam yaralanıb, 20 milyondan çox insan evindən-ocağından didərgin düşüb. Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti və başqa beynəlxalq təşkilatlar 13 Bosniya məntəqəsində törədilmiş bu qırğınlardan yalnız birini - Srebrenitsa qətliamını rəsmi olaraq tanıyır, amma ermənilərin azərbaycanlılara qarşı törətdiyi genosidi görməzliyə vururlar.

1985-ci il noyabrın 28-də bədnam erməni terroristi, ASALA erməni terror təşkilatının lideri Monte Melkonyan Fransada 6 il müddətinə həbs olunub. 1990-cı ildə həbsxanadan çıxandan sonra o, dərhal Ermənistana gedir, terror əməllərinə davam etmək üçün Dağlıq Qarabağa göndərilir. ASALA-nın rəhbərlərindən biri olan peşəkar terrorçu Melkonyan dünyada türk diplomatlarının ölümü ilə nəticələnən bir sıra terror aktlarının təşkilatçısıdır. Melkonyan bir çox illər ərzində dünyanın qaynar nöqtələrində, o cümlədən Livanda, Bekaa vadisində İsrailə qarşı terror aktları törədib. İsrail xüsusi xidmət orqanları onu axtarsa da ələ keçməyib. Azərbaycanın Xocavənd rayonunun işğalı vaxtı o, erməni terror qrupunun komandiri idi.

1992-ci ilın fevral ayında Monte Melkonyanın rəhbərliyi altında erməni silahlı qüvvələri və Livanın “Arabo” və “Aramo” terror qruplarında məşq keçmiş erməni dəstələri eyni vaxtda hücum edərək Xocavənd rayonunun Qaradağlı kəndini hər tərəfdən mühasirəyə alır. Sonradan məlum olur ki, 366-cı rus alayının əsgər və zabitləri də işğalda iştirak ediblər. Aramo, Arabo və Avonun (Monte Melkonyan) muzdluları Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyi ilə 1992-ci il fevral ayının 17-də mühüm strateji əhəmiyyəti olan Qaradağlı kəndini işğal edib. Ermənilər ondan bir həftə sonra Xocalı genosidini törədiblər.

Qaradağlı uğrunda döyüşlərdə 145 nəfər öldürülüb, onlardan 54-ü bir gündə qətlə yetirilib. Ümumiyyətlə isə, erməni muzdlularına qarşı döyüşdə Xocavənddə 154 nəfər öldürülüb, onlardan 15-i qadın, 13-ü uşaqdır. Yerli müdafiə batalyonunun döyüşçüləri son nəfəsə qədər vuruşub, böyük igidlik nümayiş etdirib, amma kömək gəlmədiyinə görə mühasirədən çıxa bilməyib.

Doqquz gündən sonra “Arabo” erməni dəstələri Xocalının günahsız əhalisinə qarşı genosid törədib. Bu genosid aktında Monte Melkonyan, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər erməni başkəsənləri iştirak ediblər. Bu canilər orada 613 nəfəri qətlə yetirib. Onların arasında uşaqlar, qadınlar, qocalar və mülkü əhalı də var. Min nəfərə qədər insan ömürlük şikəst olub. Həmin faciə gecəsi 1275 nəfər insan əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil.

Monte Melkonyanın qardaşı Markar Melkonyan özünün “Qardaşımın yolu: Bir amerikalının Ermənistana həlledici səfəri” kitabında yazır: “Doqquz il əvvəl Monte döyüş təlimi gündəliyində yazmışdı: “Komandir pusquda atəş açmaq əmrini öz bildiyi formada verməlidir (əvvəlcə B-7 qranatomyotu ilə ya da daha çox itkiyə səbəb olan bir silahla atəş açmaq lazımdır)”.

İndi o, özü B-7 qranatomyotunu çiyninə götürüb, hədəfi seçib və tətiyi basıb. Birinci atəş müdafiə xəttini keçib ikinci mərtəbədə pəncərənin küncünü dağıdıb, içəridə partlayan qəlpələrin gur alovu bayıra vurub. Həmin atəşdən sonra ermənilər kəndi gülləbaran etməyə başlayıb, sonra kəndə dolublar. Güllə yağışı altında qalan azərbaycanlı müdafiəçilər bir neçə kilometr arxada olan Ağdama radio ilə xəbər verirlər ki, onlar hücumun qabağını ala bilmirlər. Müdafiəçilərin cavab atəşləri susandan sonra Monte B-7-ni yerə qoyub ermənilərin Qaradağlını hər tərəfdən necə mühasirəyə aldığını seyr etməyə başlayır.

Axşama yaxın, saat beşdə erməni dəstələri öz məqsədlərinə çatdılar. Həmin gün ermənilərdən yalnız bir nəfəri öldü, yük maşınının kuzasında isə qırx səkkiz azərbaycanlı əsir vardı. Onları sonradan erməni əsirlərlə dəyişmək üçün Xankəndiyə apardılar. Montenin ilk dəfə komandirlik etdiyi Qaradağlı döyüşü sona çatırdı. Amma tezliklə vəziyyət dəyişdi. “Arabo” və “Aramo” dəstələri qırx səkkiz əsiri, o cümlədən bir neçə qadını və başqa mülki şəxsləri kəndin kənarındakı xəndəyə doldurdu. Əsirlərdən biri sarıqlı əlinin altında saxladığı qranatın fitilini çəkib partlatdı. Partlayış erməni döyüşçüsü Levonun ayağını üzdü. “Arabo” və “Aramo” döyüşçüləri öldürülmüş yoldaşlarına görə onsuz da qəzəbli idi, ona görə də onlar əsirləri süngü ilə, güllə ilə öldürməyə başladılar. Əsirləri son nəfərinədək qətlə yetirdilər.

1992-ci il fevral ayının 15-də erməni silahlı dəstləri hər tərəfdən Qaradağlı kəndinə hücum etdi. Qonşu erməni kəndindən olan silahlılar, muzdlular, 366-cı rus alayının əsgər və zabitləri bu hücumda iştirak edirdi. Amma kəndə yaxınlaşmaq elə də asan deyildi.

Yerli məktəbin direktoru Nobil Zeynalov, zabit Xanəli Hüseynov, könüllü dəstənin döyüşçüsü Altay Hasanov birinci postda idilər. Döyüş çox ağır idi. Kəndin cəsur qadınları aramsız atəş altında olan döyüşçülərə silah və ərzaq gətirir, yaralılara ilk yardım göstərir, onları arxaya daşıyır, yenidən atəş nöqtəsinə gətirirdilər.

Qaradağlı döyüşünü görən sakinlərin dedikləri Melkonyanın sözlərini tamamilə təsdiq edir, baş verənləri təfərrüatı ilə çatdırır.

Girovluqdan azad edilmiş İlqar Hüseynovun ifadəsi:

-1992-ci il fevral ayının 15-də səhər saat 6-da bizim kəndə hər tərəfdən hücuma keçdilər. Biz kənddə 118 nəfər idik. Onun 11-i qadın, qalanları isə kişi idi. Döyüş başladı, düzdür, bizim texnikamız yox idi, ancaq biz onlara layiqincə cavab verirdik. Bir sutka biz onlarla döyüşdük. Bizdən 8 nəfər həlak oldu, sayımızın azalmasına baxmayaraq, biz döyüşü davam etdirirdik. Erməniləri vurub kənddən çıxardıq. Fevralın 16-sı günü ermənilər yenidən hücuma başladılar. Onlar texnika ilə hücuma keçdilər, biz artıq tab gətirə bilmirdik. Onlar tərəfdən döyüşdə əsasən muzdlular iştirak edirdilər. Onlara başçılıq edən Manvel (ad şərti olub) deyilənə görə, Fransadan gəlmiş erməni idi.

Fevralın 17-də saat 3-də artıq silahımızın qurtardığını bilib atəşi dayandırdılar. Ona görə ki, onlardan ölən çox idi. Ermənilər biri-birinə deyirdilər ki, bizdən (ermənilərdən) çox adam ölüb. Bir nəfərimizi kəndin içində ağacla döyə-döyə öldürdülər. Sonra 92 girovu götürüb Xankəndi istiqamətinə apardılar. “Bəylik bağı”na çatanda 32 nəfərimizi orada güllələdilər və güllələməklə ürəkləri soyumadığı üçün başlarını kəsib sellofan torbalara yığırdılar. Meyitləri isə silos quyusuna doldurdular. Üç kilometr getdikdən sonra isə daha bir nəfəri güllələdilər. Sonra bir nəfəri də güllələdilər.

Girovluqdan azad edilmiş Tevon Tağıyevin ifadəsi:

-1991-ci ilin sonlarında Qaradağlı kəndi ətraf kəndlərdə yaşayan ermənilər tərəfindən mühasirəyə alındı. Kəndə gediş-gəliş tamam kəsilmişdi. 1992-ci ilin yanvar ayından başlayaraq qadınları və uşaqları helikopterlərin köməyi ilə kənddən çıxarmağa başladıq. Kəndə hücumlar ara vermirdi. Fevral ayından artıq helikopterlər də gəlmədi. Kəndin ətrafla əlaqəsi tam kəsildi, kəndə hücumlar isə dayanmadı. Ayın 17-dək kəndi müdafiə edə bildik. Kənardan heç bir kömək gəlmədi. Nəhayət, güllələr qurtardı və erməni silahlı birləşmələri kəndi işğal etdi.

Kəndi işğal etdikdən sonra ermənilər kəndə hücum vaxtı öldürülmüş ermənilərin meyitlərini kolxoz idarəsinin qarşısına düzüb çəkiliş aparırdılar. Bir nəfər qadın jurnalist veriliş hazırlayırdı. Ermənilər həmin şəxslərin guya erməni kəndinə hücum edən azərbaycanlılar tərəfindən öldürüldüyünü dünyaya çatdırırdılar.

117 nəfər kənd sakinini iki yük maşınına (cavanları ayrı, yaşlıları ayrı) yığdılar və Xankəndi istiqamətinə apardılar. Kəndin kənarına çatmamış iki nəfəri də maşından yerə salıb güllələdilər. Kəndin 2 kilometrliyində yerləşən “Bəylik bağı”nda bizdən arxada gələn maşını saxladılar. Təxminən aramızda 50-60 metr məsafə olardı. “Bəylik bağı”nda erməni qadın və uşaqlar yığışıb çalıb-oynayırdı. Maşını da onların yanında saxlayıb düşməyi əmr etdilər. Cavanlar düşmək istəmədiyi üçün maşının üstünə atəş açdılar və bir neçə adam qətlə yetirildi. Camaat məcbur qalıb maşından töküldü. Toy-bayram edən erməni qadın və uşaqların gözü qarşısında Qaradağlıdan olan cavanları sıraya düzüb güllələdilər. Mənim oğlum Telman dözməyib gizlətdiyi qranatı çəkib qışqıraraq ermənilərin üstünə yürüdü. Qranat partladı və Telman özü ilə on ermənini də öldürdü. “Bəylik bağı”nda ermənilər 33 Qaradağlı sakinini qətlə yetirdilər. Sonra meyitləri yaxınlıqdakı silos quyusuna töküb basdırdılar. Bir az getdikdən sonra Cəmiyyət kəndində mülki ermənilərin gözü qarşısında iki nəfəri də güllələdilər. Xankəndiyə 5-6 kilometr qalmış hamını maşınlardan düşürüb paltarlarını soyundurdular. Bizi piyada Xankəndiyə gətirdilər. Yol boyu mülki ermənilər bizə daş atır və tüpürürdülər. Qaradağlı kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı nəticəsində Azərbaycan Respublikasının 26 vətəndaşı hazırda (15 fevral 2017-ci il tarixə olan məlumat) itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 15 nəfərin əsir-girov götürülməsi və saxlanılması barədə şahid ifadələri var. İşğal zamanı əsir və girov götürülmüş sakinlərdən 50 nəfər müxtəlif vaxtlarda azad edilib.

Bütün bu qəddar və qeyri-insani hərəkətlər dünyaya çar çəkib özünü “soyqırımı” qurbanı kimi, kasıb və bədbəxt göstərməyə çalışan erməni terrorçuları tərəfindən həyata keçirilib. Bu hadisələr XX əsrin sonunda dünya ictimaiyyətinin gözü qarşısında törədilib. Belə faciələrə laqeyd qalmaq mümkün deyil, çünki cinayət və bu kimi şər əməlləri cəzalandırmadıqca onların yenidən təkrarlanması ehtimalı artır.

Müxtəlif mənbələrdən bilirik ki, Azərbaycanın işğal olunmuş torpaqlarında erməni terrorçuları azərbaycanlı məhbusları alman faşistlərinin bir vaxtlar yaratdıqları konsentrasiya (hərbi və ya ölüm düşərgəsi) düşərgələrində qeyri-insani şəraitdə saxlayır və müxtəlif şaxtalarda ağır işlərdə istismar edirlər.

Qeyri-ixtiyari olaraq sual meydana çıxır: beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu nə vaxta qədər Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal altında ola-ola, beş min azərbaycanlının hazırda girovluqda olduğunu, neçə-neçə şəhər və kəndin viran olduğunu, bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bilə-bilə təcavüzkar Ermənistan dövlətinə qarşı güzəşt olunmasına səsləyəcək.

İndiyə qədər qəbul edilmiş beynəlxalq konvensiyalar da Qaradağlı və Xocalı faciəsi kimi soyqırımı aktlarını qətiyyətlə pisləyir, onların qəbuledilməz olduğunu bəyan edir.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib. Ermənistanda müxtəlif dövrlərdə yüksək vəzifələr tutan Seyran Ohanyan, hazırkı prezident Serj Sarkisyan, həmçinin Robert Köçəryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

“Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi Qaradağlı və Xocalı soyqırımlarına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir və “əsl soyqırımı” kimi qiymətləndirməlidir”, - deyə müəllif fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər