Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır VİDEO

Tokio, 23 yanvar, AZƏRTAC 

Bütün köhnə reaktorlar kimi “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır, Yaponiya “Fukuşima-1” AES-də baş verən qəzadan bu dərsi alıb. Bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mütəxəssislər qrupunun Ermənistanın “Metsamor” AES-də aparılan araşdırmalarla bağlı rəyinə münasibət bildirən Tokio Universitetinin dosenti, fizika elmləri üzrə fəlsəfə doktoru, Nüvə Mühəndisliyi və Menecmenti Departamentinin tədqiqatçısı Nejdet Erkan AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

- Məlum olduğu kimi, istifadə müddəti başa çatan “Metsamor” AES-dəki reaktorlar yalnız Ermənistanın özü üçün deyil, eyni zamanda, ətraf ölkələrin, o cümlədən Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və İranın əhalisi üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Yaponiyada çalışan bir mütəxəssis kimi bu barədə rəyinizi bilmək maraqlı olardı.

- Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən “Metsamor” AES-in ciddi regional fəlakət mənbəyi olması məlumdur. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bildiyimiz kimi, Ermənistanda yerləşən “Metsamor” AES-də dünyanın ən köhnə reaktorları istifadə edilir. Burada yerləşən reaktorlardan biri 1976-cı ildə, digəri isə 1980-ci ildə fəaliyyətə başlayıb. Hazırda bu reaktorlardan ikincisi fəaliyyətdədir. Düşünürəm ki, xüsusən Yaponiyada yerləşən “Fukuşima-1” AES-də baş verən qəzadan sonra bu cür köhnə reaktorlar dayandırılmalı, onlardan qətiyyən istifadə edilməməlidir. Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır. Yaponiya “Fukuşima-1” AES-də baş verən qəzadan bu dərsi alıb. Dünyanın ən qabaqcıl texnologiyalarına malik olan Yaponiyada belə köhnə rektorların fəaliyyəti tamamilə dayandırılıb. Tarixi baxımdan yanaşsaq, həmin reaktorlar 1970-ci illərdə inşa edilib. Bu o, deməkdir ki, bu reaktorlar 60-cı illərin ortalarında və ya sonlarında dizayn edilib. Bu, elə bir dövr idi ki, həmin vaxt adi kompüter belə yox idi. Bütün mühəndislik hesabatları əl ilə və ya çox aşağı səviyyəli texnika ilə həyata keçirilmişdi. Daha dəqiq desək, bugünkü yüksək və müasir texnologiyalarla müqayisədə həmin vaxt təhlükəsizliklə bağlı aparılan hesablamalar, istifadə edilən avadanlıq təbii ki, aşağı səviyyədə idi.

Digər tərəfdən, 1988-ci ildə Metsamordan 75 kilometr aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu ildə AES-in fəaliyyəti dondurulub. Ermənistan üzləşdiyi ciddi enerji böhranı ilə əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə ikinci enerji bloku işə salınıb. Bu stansiya birinci nəsil VVGR-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib.

Apardığım araşdırmalar da təsdiq edir ki, Ermənistanda bu reaktorun nə dərəcədə təhlükəli olduğunu başa düşən və onun əleyhinə olan insanlar var. Lakin burada təhlükəsizlik deyil, daha çox dövlətin enerji tələbatı və iqtisadi maraqları ön sıraya çıxır. Yəni, Ermənistan bu AES-ə möhtacdır. Məlum olduğu kimi, Ermənistan özünün enerji tələbatının 40 faizini bu AES-dən alır. Ermənistan rəhbərliyi yarana biləcək çox böyük təhlükəyə baxmayaraq, AES-in ömrünü uzatmağa çalışır və bu məqsədlə də BAEA-nın mütəxəssislər qrupunu ölkəyə dəvət edib. Həmin qrupun hesabatı yaxın iki ay ərzində hazır olacaq. Lakin qrupun apardığı araşdırmalar əsasında mətbuatda gedən məlumatlara əsasən deyə bilərik ki, bu nəticələr nə qədər müsbət olsa da, baş verə biləcək hər hansı təbii və ya qeyri-təbii hadisə bu AES-i çox böyük təhlükə mənbəyinə çevirə bilər. Bunu nəzərə alaraq, mən bir mütəxəssis kimi bu AES-in fəaliyyətinin qısa zamanda dayandırılmasının daha düzgün olacağını düşünürəm.

- Sizin də dediyiniz kimi, atom enerjisindən istifadə bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalır. Bunu həm “Çernobıl”, həm də “Fukuşima-1” AES-lərdə baş verən qəzalar da sübut etdi. Belə olan halda BAEA qrupunun “Metsamor” AES-in fəaliyyətinin davam etdirilməsi barədə rəyi nə dərəcədə məqsədəuyğundur?

- Bir daha qeyd edim ki, bir mütəxəssis olaraq mən köhnə reaktorlardan istifadənin qəti əleyhinəyəm. Mənim bu fikrimi Yaponiyada atılan addımlar, yəni, konkret olaraq köhnə reaktorlardan imtina olunması da təsdiq edir. Amma digər tərəfdən, məsələn, Almaniya kimi bir ölkə atom enerjisindən gələcəkdə bir daha heç vaxt istifadə etməyəcəyini bildirsə də, hələ də köhnə reaktorlardan enerji alır. Mən deyərdim ki, bu, daha çox siyasi qərardır. Əgər məsələyə iqtisadi baxımdan yanaşsaq, böyük atom elektrik stansiyalarının inşası çox baha başa gəldiyinə görə dünya bu layihələrdən imtina edir. Xüsusən “Fukuşima-1” AES-dən sonra təhlükəsizlik məsələlərinin ön plana çıxması və əlavə xərclərin artması bu layihələri iqtisadi baxımdan sərfəli etmir. Digər tərəfdən, alternativ enerji mənbələri, ucuz təbii qazla işləyən elektrik stansiyaları bu bahalı layihələri sıradan çıxarır. Lakin bir sıra dövlətlər, o cümlədən Yaponiya da artıq inşa olunmuş AES-lərdəki reaktorlardan istifadə etməyə çalışır, amma bu zaman təhlükəsizliklə bağlı müvafiq tələblər tam nəzərə alınır. Ermənistandakı “Metsamor” AES üçün ən təhlükəli digər məqam isə, fikrimcə, onun seysmoloji cəhətdən çox həssas ərazidə yerləşməsidir. Məsələ burasındadır ki, müasir tələblər zəlzələ baş verən anda reaktorun ani dayandırılmasını nəzərdə tutur və bundan sonra təcili olaraq reaktorun soyudulması vacibdir. Bunu yaponlar “Fukuşima-1” AES-də həyata keçirə bilmədilər. Nəhəng sunami dalğaları buna imkan vermədi. Zəlzələ anında reaktor durdurulsa da, onu anında soyutmaq mümkün olmadığına görə partlayış baş verdi. “Metsamor” AES-də də reaktorun anında dayandırılması mümkün olsa da, reaktorun soyudulması üçün hazırlıq işlərinin hansı səviyyədə olduğunu demək çətindir. Məsələ burasındadır ki, “Metsamor” AES-də reaktor çox köhnə olduğuna görə qəza anında xaricə çıxan radioaktiv maddələrin qarşısını alacaq müvafiq avadanlığı, sızma konteymeti çox zəifdir. Bunu biz “Fukuşima-1” AES-dəki reaktorda da gördük. Buradakı konteymet çox kiçik olduğuna görə lazım olan effekt əldə edilmədi. Yeni nəsil reaktorlarda bu konteymetlər çox böyük düzəldilir. “Metsamor” AES-dəki reaktor da çox köhnə olduğu üçün oradakı konteymetin kifayət qədər böyük olmadığını düşünürəm və bu da onu çox təhlükəli edir.

- Ermənistan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan kimi bir dövlətlə qonşuluqda yerləşir. Bu, Ermənistana öz enerji təminatını həyata keçirmək üçün böyük imkanlar yaradır. Lakin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması onu bu layihələrdən kənarda saxlayır. Belə olan halda, Ermənistan rəhbərliyinin daha düşünülmüş siyasət yeritməsi, qonşularla dostluq münasibətləri qurması ona bu problemin həllində yardım etməzmi?

- Doğru deyirsiniz, dünya çox dəyişib. İqtisadi baxımdan ölkələr biri-birinə daha sıx bağlanıb. Müasir dünya dövlətləri qonşuluqdakı böyük təbii sərvətlərə, enerji mənbələrinə malik ölkə ilə daha xoş münasibətlər qurmağa çalışır. Buna görə də əgər ölkənizin gələcəyini, enerji təminatını düşünürsünüzsə, o zaman qonşularla daha xoş münasibətlər qurmağa çalışmalısınız. Bu, çox mühüm məqamdır. Ermənistanda da yəqin ki, bunu başa düşən insanlar yox deyil. Hazırda bu dövlətin iki mühüm qonşusu ilə - həm Türkiyə, həm də Azərbaycanla heç bir siyasi, iqtisadi əlaqələri yoxdur. Necə deyərlər, özü-özünü təcrid edilmiş bir hala salıb. Buna görə də daha ağıllı yol tutaraq, dünyaya açıq olmaq, qonşularla xoş münasibətlər qurmaq istənilən ölkə üçün daha böyük imkanlar yarada bilər. Bu, həm də Ermənistan xalqının səfalətdən çıxmasına yardım edər. Bu gün Ermənistanın qonşuluğunda sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycan kimi bir dövlət var. Eyni zamanda, Türkiyə kimi böyük bir ölkə var. Əlbəttə ki, Ermənistanın qonşularla daha yaxşı yola getməsi, hazırda yeritdiyi siyasətdən əl çəkməsi lazımdır. Belə olan halda, Ermənistan rəhbərliyi alternativ enerji mənbələri, xüsusən təbii qazla işləyən elektrik stansiyalarının sayını artırmaq istiqamətində müəyyən irəliləyişlərə nail ola bilər.

Lakin reallıq budur ki, Ermənistan təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar "Metsamor'' AES-in bağlanması ilə bağlı Ermənistandan götürdüyü öhdəliyə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya