Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda müşavirə keçirilib

Naxçıvan, 15 aprel, AZƏRTAC

Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilmişdir. Bu gün muxtar respublikanın ən ucqar kəndində yaşayan insanlar da dünyada və ölkəmizdə gedən prosesləri izləyir, fikir və münasibətlərini bildirirlər. Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəltmişdir. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı, Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması, müxtəlif festivalların keçirilməsi və digər tədbirlər uğurlu startap layihələrindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək deyib ki, muxtar respublikada innovativ inkişafa dayanan təhsil siyasəti həyata keçirilir. Təhsilin inkişafına dair yeni fərman və sərəncamlar imzalanır, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına səbəb olub. Bu Sərəncam səriştəyə əsaslanan insan resurslarını müasirləşdirmək, səmərəli əməkdaşlıq mexanizmi yaratmaq, müasir infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun təhsil modeli formalaşdırmağa şərait yaradıb. Ötən dövrdə təhsil sahəsində hamiliklə bağlı kompleks tədbirlər, seminar və konfranslar, təcrübələr həyata keçirilib, təhsil yarmarkalarında pedaqoji profilli ixtisasların məzunlarının işlə təminatına tələbat artıb.

Surə Seyid muxtar respublikanın mədəniyyət, gənclərlə iş, səhiyyə, sosial siyasət, iqtisadi inkişaf, ekologiya, yeni texnologiyalar, memarlıq və mühəndislik, nəqliyyat, beynəlxalq əlaqələr, kütləvi informasiya vasitələri və ordu quruculuğu sahələrində hamiliklə bağlı görülən işlərdən geniş bəhs edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətinə və yetişən kadrların gələcək karyera imkanlarına ən etibarlı təminat olduğunu bildirib. Qeyd olunub ki, Sərəncam yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürür.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov deyib ki, muxtar respublikada əhalinin bütün təbəqələri müasir rəqəmsal xidmətlərdən istifadə imkanı əldə ediblər. Hazırda muxtar respublikanın telekommunikasiya əlaqələrini təmin edən 1600 kilometrdən artıq optik kabel xətləri mövcuddur. Fiber optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron xidmətlərin inkişaf etdirilməsinə, o cümlədən elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin inkişafına təkan verib. Naxçıvanın beynəlxalq transavrasiya fiber optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən “Elektron hökumət” portalı yaradılıb. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə, 150-yə yaxın dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Hazırda muxtar respublika üzrə 236 elm və təhsil müəssisəsi, 17 muzey İnteraktiv Təhsil Sisteminə qoşulub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Distant Təhsil Mərkəzində fiziki məhdud imkanlı uşaqların sayı 24, audio kitabxanadan mütəmadi istifadə edənlərin sayı isə 375 nəfərdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Rabitə və Yeni Texnologiyalar Nazirliyi səylərini daha da artırıb. Çin Xalq Respublikasının Huawei şirkəti ilə 5 illik razılaşmaya uyğun olaraq 2016-cı ildən başlayaraq tələbələrin şirkətin Şenjen şəhərindəki təlim mərkəzində 2 həftəlik təcrübə keçmələri təmin edilir. Həmçinin “Naxçıvan” Universitetində şirkət tərəfindən yaradılan “İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi” fəaliyyət göstərir. Naxçıvan Dövlət Texniki Kollecində isə nazirlik tərəfindən 5 fənn kabinəsi yaradılıb. Ötən ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetində “İdeyadan Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib, universitetin “Nuhland” komandası ölkə üzrə milli seçimdə 3-cü yerə layiq görülüb. Bu ilin mart ayında isə “Azərbaycanın startapı” Milli turuna hazırlıq məqsədilə “İdeyadan Biznesə” startap layihəsinin Naxçıvan turunun təşkil edilməsi ilə bağlı Tədbirlər Planı hazırlanıb.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.

Ali Məclisin Sədri deyib: Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 42 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 11 ixtisas üzrə əlavə təhsil, Naxçıvan Müəllimlər İnstitutunda 8 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr, “Naxçıvan” Universitetində 15 ixtisas üzrə bakalavr, 6 ixtisas üzrə magistr, Naxçıvan Tibb Kollecində 8, Naxçıvan Dövlət Texniki Kollecində 8, Naxçıvan Musiqi Kollecində 10, peşə liseyi və məktəblərində isə ümumilikdə 22 ixtisas üzrə kadr hazırlanır. Kadr hazırlığı aparılan ixtisaslar muxtar respublikanın tələbatına tam uyğunlaşdırılmışdır. Hər il muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrini 2200-dən artıq məzun bitirir. Peşə liseyi və məktəblərində isə hər il 3 mindən çox gənc müxtəlif peşələrə yiyələnir. Daim yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir. Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Yeni Sərəncamla 3 ali və 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 109 ixtisas və 1 lisey müvafiq 36 təşkilata hamiliyə verilmişdir. Əlavə olaraq “İdeyadan başlanğıca” devizi ilə hami təşkilatlarla hamiliyə verilən təhsil müəssisələri arasında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub.

Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar verərək deyib: Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Buna görə də hami təşkilatlar ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə kadr hazırlığına diqqəti artırmalı, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməli, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olmalıdırlar. Bu səbəbdən hami təşkilatlar və hamiliyə verilən qurumlar arasında görüşlər intensiv xarakter daşımalıdır. Hami təşkilatlarla hamiliyə verilən ixtisaslar arasında əməkdaşlıq yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına gətirib çıxara bilər. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

Ali və orta ixtisas təhsili müəssisələrinə tapşırılır ki, hamiliyə verilən təşkilatlarla birgə tələbələrin startapla bağlı biliklərinin formalaşması, layihələrin hazırlanması, biznes planların qurulması və təqdimatı ilə bağlı maarifləndirici təlimlərin keçirilməsini təmin etsinlər. Hamiliyə verilən təhsil müəssisələri tələbələrin innovasiya mühitinin formalaşması və innovativ təkliflərinin həyata keçirilməsi üçün ictimai əsaslarla işləyən İnnovasiya Laboratoriyalarını (InnoLab) yaratsın. Laboratoriyalar tələbələrin layihələrinin hazırlanması üçün informasiya texnoloji təminat mühitini və internetdən istifadəni tam təmin etsin. Hami təşkilatlar hami ixtisasların tələbələrinin layihələrinin qəbulunu həyata keçirsin, ictimai əsaslarla yaradılan qurumlarda ekspert şurasının köməyi ilə dəyərləndirsin, müxtəlif müsabiqələr təşkil etməklə onları qiymətləndirsin. Layihələr humanitar, ictimai-siyasi, texniki, ictimai, tibb və sairə sahələr üzrə hazırlanmalı, bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən təqdim olunmalıdır. Layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə oluna biləcək sahələrə həsr edilməlidir.

Qeyd olunub ki, təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və effektiv innovasiyalar üzərində qurulmalıdır. Elmi inkişafa xidmət edən layihələr daha çox informasiya texnologiyalarının nailiyyətlərini özündə əks etdirməli, ölkədə yeni əmək bazarının və təhsil iqtisadiyyatının formalaşmasına xidmət etməlidir. Ali və orta ixtisas təhsili müəssisələri hamiliyə verilən təşkilatlarla birlikdə “Startap Naxçıvan” hərəkatı çərçivəsində startapçılar üçün yerli və beynəlxalq səviyyəli təlimlər təşkil etməlidir.

Naxçıvan Dövlət Universitetində təlimlərin keçirilməsində Distant Təhsil Mərkəzinin imkanlarından istifadə edilməlidir. Hami təşkilatlar uğurlu layihələrin investorlara təqdim edilməsində investor və startapçı münasibətlərin qurulmasında əlaqələndirici qismində iştirak etməlidir. Hami təşkilatlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi ilə əlaqədar startap görüşləri və müzakirələrinin təşkil olunmasına, qaliblərə mükafatların təqdim edilməsinə, layihələrin birbaşa maliyyələşməsinə nəzarət və onların investorlara və müxtəlif fondlara təqdiminə köməklik göstərməlidirlər. Layihələr təqdim olunduqdan sonra Startap günləri keçirə, həmçinin respublika və beynəlxalq səviyyəli müsabiqələrə qatıla bilərlər.

Ali Məclisin Sədri deyib: Hami təşkilatlar və hamiliyə verilən təhsil müəssisələri yeni formalaşmaqda olan startapçıları, startap komandalarını əmək bazarının spesifik xüsusiyyətləri ilə tanış etməli, startapçılar arasında əlaqələri gücləndirmək məqsədilə hər il “Startap festivalı” keçirməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalının yaradılmasını təmin etməlidir. Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinə diqqəti artırmalı, Mədəniyyət Nazirliyi açıq dərslərin, ustad dərslərinin, dəyirmi masa və müzakirələrin keçirilməsini diqqətdə saxlamalı, tələbələrin mütaliəsinin, tarix və mədəniyyətimizə dair biliklərinin zənginləşməsi üçün müvafiq ixtisasların buklet, kitab və broşürlərlə təmin olunmasına köməklik göstərməlidir. Gənclər və İdman Nazirliyi Əlahiddə Ümumqoşun Ordu ilə birgə gənclərin hərbi vətənpərvərlik işini diqqətdə saxlamalı, Gənclər Fondu ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsini təmin etməlidir. Gənclər ideya və bacarıqlarına uyğun istiqamətləndirilməli, onların ideyaları sosial şəbəkələr vasitəsilə yayılmalı, fərqlənən gənclər mükafatlandırılmalıdır.

Tapşırılıb ki, Səhiyyə Nazirliyi hami ixtisaslarla birgə elmi konfransların təşkilinə diqqəti artırsın, Tibb fakültəsi müəllimlərinin nəşr etdikləri dərs vəsaiti və dərsliklərin səhiyyə müəssisələrində müzakirələrini keçirsinlər. “Auditoriyadan xəstəxanaya” devizi altında xəstəxanalardan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Tibb kollecinin tələbələrinə cərrahiyyə prosesinin onlayn yayımını təşkil etsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinə nəzarəti artırsın, sosial layihələrin həyata keçirilməsini davam etdirsin. Turizm Departamenti muxtar respublikanın turizm potensialının internet üzərindən tanıdılması və təbliğində tələbələrin iştirakını, onların yaradıcı baxışından səmərəli istifadəni təmin etsin.

Müşavirədə Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə tapşırılıb ki, “Naxçıvan Muxtar Respublikasında startapın inkişaf perspektivləri” adlı respublika konfransının keçirilməsini təmin etsin. Həmçinin “Kəşf et, öyrən, yarat!” devizi altında startap günlərinin keçirilməsi təmin edilsin. Startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalının yaradılması və fəaliyyətinə nəzarət, startapla bağlı məlumatlandırıcı buklet, broşür və kitabçaları hazırlasın.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Sonda “Startap layihələri və innovativ inkişaf” filminə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq