Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ağsu, İsmayıllı və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi keçirilib VİDEO

Dağıntıya məruz qalan evlərin 80-90 faizi fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlərdir

Bakı, 7 may, Ceyhun Rüstəmov, AZƏRTAC

Bu il fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair üç aylıq hesabat brifinqi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsmayıllıda təşkil olunan brifinqdə hər üç rayonun icra hakimiyyətlərinin başçıları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Brifinqdə Fövqəladə Hallar Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

Bildirilib ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 ev qəzalı vəziyyətə düşüb, yüzlərlə evə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb.

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirib. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini verib.

Təbii fəlakətdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası yerlərdə vətəndaşlar tərəfindən evlərinin qəzalı vəziyyətə düşməsi ilə bağlı edilən müraciətlərin araşdırılmasına başlayıb.

Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər.

Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılmış komissiyaya 66 yaşayış məntəqəsindən 1272 müraciət daxil olub və həmin evlərə baxış keçirilib. Onlardan 344 ev qənaətbəxş hesab olunub, 455 evdə təmirə, 344 evdə bərpaya ehtiyac duyulduğu barədə qərar verilib. 114 evin isə qəzalı olduğu müəyyənləşib. Hazırda qəzalı evlərdən 76-nın tikintisi aparılır. Bundan başqa, yerlərdə sosial obyektlərə də baxış keçirilib, 1 məktəb binasının, 1 uşaq bağçasının və 2 inzibati binanın da qəzalı olması müəyyənləşib.

Hazırda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qəzalı vəziyyətdə olan Keyvəndi və Diyallı kənd tibb məntəqələrinin tikintisinə başlanılıb. Eyni zamanda, 320 şagird yerlik Gəraybəyli tam orta məktəbinin, 40 şagird yerlik Kələzeyvə ibtidai məktəbinin, 40 yerlik Quşencə uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Təbii fəlakətlə bağlı rayon üzrə vətəndaşlardan, ümumilikdə, 2460 evlə bağlı müraciətin ünvanlandığını deyən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə qeyd edib ki, müraciətlərin araşdırılması nəticəsində 350 ev qəzalı sayılıb, 435 evin bərpaya, 1601 evin təmirə ehtiyacı olduğu müəyyənləşib. 74 evin vəziyyəti qənaətbəxş olub. Hazırda rayonda 162 evdə tikinti işləri aparılır.

Zəlzələ nəticəsində rayonda ziyan dəymiş 10 sosial obyektə baxış keçirilib, onlardan 8-nin qəzalı, 2-nin isə bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bico və Ərəbuşağı kənd tibb məntəqələrinin, Arakənd kənd orta məktəbinin və Pirhəsənli kənd körpələr evi-uşaq bağçasının yenidən tikilməsi nəzərdə tutulur.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da üç ayda görülən işlər barədə məlumat verərək bildirib ki, təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 5584 evə baxış keçirilib. Bu evlərdən 284-ü qəzalı hesab edilib və artıq onlardan 3-nün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən 1274 evin bərpaya, 2212 evin təmirə ehtiyacı olduğu bildirilib, 1814 evin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda 112 evdə tikinti işləri aparılır.

Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektin tikintisi nəzərdə tutulub.

Hər üç rayonun icra hakimiyyətlərinin başçıları dağıntıya məruz qalan evlərin 80-90 faizinin fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlər olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda tikintisi aparılan evlər bütün texniki parametrlərə cavab verir. Qəzalı kimi qeydə alınan bütün evlərin inşası, bərpası həyata keçiriləcək. Bu işlərin ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, bəzi hallarda məhz zəlzələ zamanı qəzalı hala düşən evlərlə bağlı olmayan müraciətlər də komissiyalara daxil olur. Həmin müraciətlərin araşdırılması isə bilavasitə zəlzələdən zərərçəkənlərin müraciətlərinin baxılmasının ləngiməsinə səbəb olur.

Brifinqdə, həmçinin bölgədə olan tarixi-mədəniyyət abidələrinin təbii fəlakətdən zərər görmədiyi diqqətə çatdırılıb.

Ağsu, İsmayıllı və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb