ELM VƏ TƏHSİL


ADNSU: Tələbələrə QİÇS-ə qarşı mübarizəyə dair maarifləndirici məlumatlar verilib

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün insanın immun çatışmazlığı virusuna görə laborator testlər keçirilib, onlara QİÇS-ə qarşı mübarizəyə dair maarifləndirici məlumatlar verilib.

Tədbirin məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxanları aşkarlamaq və müayinəyə cəlb etmək, həmçinin əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliğidir.

Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində reallaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.