DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
Əbu-Dabi, 21 iyul, AZƏRTAC
Вirləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma əmirliyində xurma festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, xurma festivalını Ras-əl-Xaymanın əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü şeyx Saud bin Sakr Al Kassimi açıb.
Tədbirdə çıxış edən əmir bildirib ki, bu konkurs yerli fermerlərin dəstəklənməsi üçün gözəl fürsətdir və fermerlər ölkənin qida təhlükəsizliyinin təmin edilməsində və kənd təsərrüfatı sektorunun inkişafında böyük rol oynayır. Onun sözlərinə görə, “xurma palmaları, həmçinin Ərəb Əmirliklərinin mədəni irsinin bir hissəsidir”.
Qeyd edək ki, iyul ayı BƏƏ-də xurmanın yetişdiyi mövsümdür və bu meyvəyə həsr olunan festival iyulun 26-dək davam edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]