İDMAN


Uşaq paralimpiyaçılar üzgüçülük üzrə açıq çempionatda uğurla çıxış ediblər

Bakı, 26 avqust, AZƏRTAC

Respublika Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə açıq çempionat keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, çempionatda müxtəlif yaş kateqoriyalarında olan 100-dək idmançı, o cümlədən Uşaq Paralimpiya Komitəsinin üzgüçüləri iştirak ediblər.

Turnirdə 2009-2010-cu il təvəllüdlü uşaqlar arasında paralimpiyaçı Əli Vəliyev, 2007-2008-ci il təvəllüdlülərin yarışında Elnarə Nizami və Əli Səfərəlizədə 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında birinci olublar. Görmə məhdudiyyətli paralimpiyaçı Elxan Qurbanov isə öz yaşıdları arasında üçüncü yeri tutub.

Beləliklə, çempionatda iştirak edən uşaq paralimpiyaçılar 3 qızıl və 1 bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.