CƏMİYYƏT


Ürək xəstəliklərindən qorunmaq üsulları

Bakı, 12 sentyabr, AZƏRTAC

Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Bunun üçün heyvanı yağlardan, imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağı ilə hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin olan qidaları qəbul etməmək lazımdır. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.

AZƏRTAC xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədovanın dediyinə görə, hər gün azı 45 dəqiqə idman etmək lazımdır: “İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki ürək problemləri və hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə isə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə edilir. Piyada gəzmək çox faydalıdır, lakin bunu aktiv sürətlə etmək lazımdır. 45 yaşından yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər, çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər”.

O, daha sonra deyib: “Yemək zamanı duzun miqdarını gözləmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda, konserv və bütün yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qidadan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa, duzun qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.