Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yeni salınacaq meyvə bağları üçün vacib olan aqrotexniki tədbirlər - Fermerlərə tövsiyə

Yeni salınacaq meyvə bağları üçün vacib olan aqrotexniki tədbirlər - Fermerlərə tövsiyə

Bakı, 10 oktyabr, AZƏRTAC

Yeni üzüm və meyvə bağlarının salınması zamanı fermerlər bir sıra xüsusi əhəmiyyətə malik olan aqrotexniki tədbirlər həyata keçirməlidirlər ki, bunların da zərərvericilərin azaldılmasında və məhsuldarlığın artırılmasında mühüm rolu vardır.

1. Zərərvericilərə qarşı davamlı sortlardan istifadə edilməsi. Zərərvericilərlə mübarizədə davamlı sortların müəyyən edilməsinin, yəni belə sortların yaradılmasının və onların əkilməsinin praktikada böyük əhəmiyyəti var.

Meyvə və üzüm tənəklərinin zərərvericilərinə qarşı tətbiq edilən aqrotexniki tədbirlərlə, tarla və dirrik bitkilərinin zərərvericiləri əleyhinə həyata keçirilən aqrotexniki tədbirlər arasında ümumi cəhətlər çoxdur. Məsələn, davamlı sortların seçilməsi, torpağın (müəyyən dəyişikliklə) becərilməsi, gübrələmə, alaq otları ilə mübarizə, suvarma, bitkiyə qulluq, bitki qalıqlarının yığılıb tarladan çıxarılması və s. Belə aqrotexniki tədbirlər bağlarda da aparılır. Bunlardan başqa, bağlarda bir sıra xüsusi əhəmiyyətə malik olan aqrotexniki tədbirlər həyata keçirilir ki, bunların zərərvericilərin sayının azaldılmasında mühüm rolu var.

2. Meyvə və üzüm bağı salınacaq sahələrin düzgün seçilməsi. Bu zaman ilk növbədə ayrı-ayrı sortların torpaq, rütubət, işıq və digər amillərə olan tələbatı nəzərə alınmalıdır. Elə sahə seçilməlidir ki, oranın torpaq və iqlim amilləri gələcək sortun tələbatını təmin edə bilsin. Sortlar seçilərkən onun zərərvericilərə qarşı davamlılığı nəzərə alınmalıdır.

Müəyyən edilib ki, qrunt suları yerin üst qatına yaxın olan sahələrdə meyvə ağacları zəif inkişaf edir və belə ağaclar qabıqyeyənlər, çanaqlı yastıcalar, yastıcalar, mənənələr və s. zərərvericilərlə kütləvi yoluxur.

Yeni bağları köhnə bağlara yaxın salmaq məsləhət görülmür, çünki köhnə bağlarda bir neçə il ərzində müxtəlif zərərvericilərin ehtiyatı əmələ gəlir. Bu zərərvericilər bitkilərin müxtəlif hissələri ilə qidalanır. Yeni bağların salınması ilə əlaqədar olaraq həmin zərərvericilər cavan ağaclar və tənəklərin üzərinə keçib, onlarla qidalanır. Bağlar müəyyən kolluqlar və ağaclarla yanaşı salınarsa, bu zaman sahələrarası elə götürulməlidir ki, orada hava yaxşı dövr etsin, ağaclar bir-birini sıxmasın və torpağın becərilməsi üçün əlverişli şərait olsun.

3. Sağlam əkin materialından istifadə edilməsi. Yeni bağlar salınarkən sağlam əkin materialından istifadə edilməsinin, meyvə və üzüm bağlarının zərərvericilərinin yayılmasının qarşısının alınmasında xüsusilə böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq tingliklərdə və anaclıq yerlərdə bitkilərin müxtəlif zərərvericilərlə yoluxmasının qarşısını almaq məqsədilə bitkilər üzərində daimi nəzarət aparılmalı və tingliklər köhnə sahələrdən xeyli aralı (500: m-dən artıq) salınmalıdır.

Tingliklərdə əkin materialı müəyyən bir zərərverici ilə yoluxarsa, belə materialdan bağ salınmasına yol verilməməlidir. Belə materialların əkilməsi məcburi olarsa, onda əkin materialı dezinsekskya edilməlidir.

Çəyirdəkli və tumlu meyvə bitkilərinin əkin materialı ilə mənənələr, çanaqlı yastıcalar, yastıcalar, tənək çubuqları ilə filloksera və s. qorxulu zərərvericilər bir sahədən digər sahəyə asanlıqla yayılır. Odur ki, ayrı-ayrı sortlar sahədə yerləşdirilərkən elə etmək lazımdır ki, bir-birinə qohum və eyni zərərvericiləri olan ağaclar yanaşı əkilməsin. Çünki bu, qeyd edilən zərərvericilərin kütləvi çoxalmasına şərait yaradır.

Bağlar üçün mühafizə zolaqları salan zaman da bu qaydaya riayət edilməli, yəni elə ağac növləri seçilməlidir ki, onların zərərvericiləri bağların zərərvericiləri ilə eyni olmasın.

4. Bitkiyə qulluq etmək. Bitkilərə vaxtında və düzgün qulluq edilməsinin tarla bitkiləri, meyvə bağları və tənəklərin zərərvericiləri ilə mübarizədə böyük əhəmiyyəti var. Bitkiyə düzgün qulluq nəticəsində normal inkişaf etmiş elə sağlam bitkilər yetişdirmək olur ki, onlar müxtəlif zərərvericilərin zədələrinə qarşı son dərəcə davamlı olur. Bundan başqa, zərərverici ilə yoluxmuş bitkiyə düzgün qulluq etməklə onu həmin zərərvericidən tamamilə azad etmək mümkündür. Məsələn, erkən yazda (tumurcuqlar qabarmağa başlamazdan əvvəl) meyvə ağaclarında və tənəklərdə qurumuş budaqların budanmasının aparılması nəticəsində bitkilər normal inkişaf edir, zərərvericilərə qarşı davamlılıq xüsusiyyəti xeyli artır. Digər tərəfdən qurumuş budaqların kəsilməsi zamanı qabıqyeyən və parıldaq böcəklərin sürfələri, şişəqanad kəpənəyin tırtıllar, bir sıra başqa zərərvericilər, qurumuş budaq və qabıqlarla birlikdə (bu zərərvericilər əsasən bitkilərin qurumuş hissələrində yaşayır) bağlardan kənarda məhv edilir. Lakin nəzərə almaq lazımdır ki, budama vaxtında və düzgün (kəsik düz olmalı və kötukcük qalmamalıdır) aparılmalıdır. Düzgün aparılmayan budama ağaclarda şişlərin, yaraların əmələ gəlməsinə səbəb olur və nəticədə də bir sıra zərərverici və xəstəlik əmələ gətirən mikroorqanizmlər bitkiyə asanlıqla yoluxa bilir. Yaxşı olar ki, bitkilərdə əmələ gələn yaralar və çatlar təcili bağ məlhəmi, yaxud gillə suvansın. Bu, xüsusilə yaz budamalarından sonra olduqca vacibdir, çünki zədələnmiş toxumalarda müxtəlif dağılmalar getdiyindən bitki müəyyən müddət zəifləyir və zərərvericinin ona asan yoluxması üçün şərait yaranır. Məsələn, qanlı mənənə ağacların yaralanan və çatlayan yerlərində yaşayır. Bəzi zərərvericilər, o cümlədən dəyişik ipəksarıyanın tırtılı çatların arasında pup halına keçir.

Ştammların ölmüş köhnə qabıqlardan təmizlənməsi və onların yandırılması ilə qışlamağa yığılmış (alma meyvəyeyəninin tırtılları, uzunburun böcəklər və s.) bir sıra zərərvericiləri məhv etmək mümkün olur. Bundan başqa, əkin sahələrində, bağlarda bitkiyə qulluq məqsədilə torpağın becərilməsi zərərvericilərə qarşı təsirli tədbirlərdəndir. Belə ki, payızda və erkən yazda bağlarda torpağı yumşaltmaqla onun strukturunu və havalanmasını yaxşılaşdırmaq, nəmliyini normal saxlamaq olur. Digər tərəfdən ağac və tənəklərin dibləri qazılan zaman torpaqda olan bir sıra zərərvericilər, o cümlədən lövhəbığ böcəklərin sürfələri, məftil qurdlar, uzunburun böcəklərin bəzi növləri və s. müxtəlif səbəblərdən məhv olur. Belə ki, torpağın üst qatına çıxan zərərvericilər Günəş şüasının, küləyin, yırtıcı quşların, yaxud da bel kəsməsi, kotan əzilməsi təsirindən məhv edilir.

5. Meyvə və başqa qalıqların məhv olunması. Bağlarda zərərvericilərin əksəriyyəti, o cümlədən bəzi böcəklər, tırtıllar və s. bitki qalıqlarının altında qışlayır. Buna görə də bitki qalıqlarının yığılıb məhv edilməsi zərərvericilərə qarşı aparılan ən təsirli mübarizə tədbiridir. Belə ki, tökülmüş meyvə qalıqları vaxtında yığılıb məhv edilməzsə, onların içərisində zərərvericilərin sürfə və tırtılları öz inkişaflarını bitirir və yenidən ağacları yoluxdurur. Məsələn, alma meyvəyeyəni, albalı uzunburunu və s. yığılan meyvələr ya qurudulmalı, ya mal-qaraya verilməli, yaxud da məhv edilməlidir.

Yuxarıda qeyd edilən aqrotexniki tədbirləri düzgün və vaxtında həyata keçirməklə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq mümkündür.

Vüqar Nəbiyev

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır