İDMAN


“FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət

Bakı, 14 oktyabr, AZƏRTAC

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin dördüncü turu yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan yalnız Nicat Abbasov ötən turu qələbə ilə başa vurub. O, fransalı rəqibi Marie Sebagı məğlub edib. Digər şahmatçılarımız Rauf Məmmədov amerikalı Hikaru Nakamura, Vasif Durarbəyli israilli Maksim Rodşteinlə heç-heçə edib. Eltac Səfərli isə ukraynalı şahmatçı Yuri Kryvoruçkoya məğlub olub.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var. Turnir on bir turdan ibarətdir və oktyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.