MƏDƏNİYYƏT


Mədəni irsimizin tanıdılması məqsədilə uşaqlar üçün video təqdim olunub

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyinin rəsmi “Facebook” səhifəsində tanınmış memar Elçin Əliyevin müəllifi olduğu “Azərbaycanın sehrli abidələri” kitabından izləyicilər üçün övladları ilə birlikdə oxuduğu video yayımlanıb.

AZƏRTAC xəbər verir ki, uşaqlara həsr olunan “Azərbaycanın sehirli abidələri” kitabı qədim torpağın memarlıq abidələrindən bəhs edir. Kitab Azərbaycanda ilk nadir nəşr hesab olunur.

Azərbaycanın bütün bölgələrini gəzən və orda yerləşən tarixi abidələri siyahıya alan Elçin Əliyevin kitabı çox sadə və anlaşıqlı dili ilə diqqət çəkir.

Kitabda müəllif bir çox məhşur Azərbaycan abidələrinin təsvirini verir. Onların sırasında Şirvanşahlar sarayı, Molla Pənah Vaqif türbəsi, Möminə Xatun türbəsi və Gəncədə yerləşən Cümə məscidinin adlarını çəkmək olar.

Kitabda verilmiş məlumatlar rəssam Nüsrət Hacıyev tərəfindən hər abidə üçün çəkilmiş xüsusi rəsm əsərləri ilə müşayiət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.