CƏMİYYƏT
Sərt karantin rejimi dövründə Bakıda 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın inzibati ərazisi, küçə və prospektləri, eləcə də avtomobil yolları yol polisi tərəfindən tam nəzarətə götürülüb. Bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib. Bakı şəhərində dezinfeksiya işləri aparılmaqla yanaşı, küçələrdə yalnız xüsusi icazəsi olan avtomobillərin hərəkəti müşahidə edilib və hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bütün bunlara aparılan gündəlik təbliğat işlərinin sayəsində nail olunub. İkigünlük xüsusi karantin rejimində sürücülər və vətəndaşlar polislə birlikdə həmrəylik göstəriblər. Həmrəylik səviyyəsinin yüksəlməsi onu göstərir ki, doğrudan da biz birlikdə güclüyük.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]