CƏMİYYƏT
1 saylı Bakı DOST mərkəzi 110 min nəfərə yaxın vətəndaşa xidmət edib
Bakı, 17 sentyabr, AZƏRTAC
1 saylı Bakı DOST Mərkəzində xidmətlərin təşkili ilə əlaqədar hesabat xarakterli iclas keçirilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, hazırda Bakı şəhərinin rayonları üzrə 3 DOST mərkəzi fəaliyyət göstərir və mərkəzlərdə xidmətlərin daim inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, iclasda 1 saylı Bakı DOST mərkəzinin xidmətlər şöbəsinin müdiri Gündüz Mehdiyev əhaliyə 132 növ xidmət göstərildiyini qeyd edib. Onların 115-i əsas, 17-si isə yardımçı xidmətlərdir. Fəaliyyətə başladığı vaxtdan indiyə qədər 110 min nəfərə yaxın vətəndaş mərkəzə müraciət edib və vətəndaşların xidmətdən məmnunluq səviyyəsi 96 faizdir.
İclasda xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işin daha səmərəli təşkili ilə əlaqədar müvafiq göstəriş və tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]