Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

2020-ci il Azərbaycan üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı

2020-ci il Azərbaycan üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı

Bakı, 2 yanvar, AZƏRTAC

Artıq arxada qoyduğumuz 2020-ci il dünya ölkələri üçün bir sıra çətinliklərlə, o cümlədən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə ilə yadda qaldı. Qlobal bəlaya çevrilən COVID-19 ötən il demək olar ki, əksər ölkələrin həyatını iflic etdi. Lakin bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan COVID-19-a qarşı mübarizədə müsbət mənada fərqləndi. Ölkəmizin bundan əvvəlki məsələlərdə olduğu kimi, bu məsələyə yanaşmada da həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət, həmçinin ötən illər ərzində iqtisadi sahədə əldə edilən uğurlar öz müsbət nəticəsini verdi. Beləliklə, COVID-19-un ölkəmizdə qeydə alındığı ilk günlərdən Azərbaycan hökuməti yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq, o cümlədən insanların sağlamlığını qorumaq, onların sosial müdafiəsini təmin etmək üçün zəruri tədbirlər gördü. Eyni zamanda, Azərbaycan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin güclənməsinə sanballı töhfələr verdi ki, bu da ötən il ərzində ölkəmizin əldə etdiyi uğur kimi dəyərləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Ümumiyyətlə, 2020-ci ilin Azərbaycan üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldığını qeyd edən deputat bildirib: “Ötən ilin ən mühüm uğuru isə sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədir. Bu şanlı Qələbə nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərib. Lakin Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Eyni zamanda, 2020-ci ildə qondarma rejimdə “seçkilər” keçirildi və qondarma rejimin “başçısı”nın inauqurasiya mərasimi də Şuşada təşkil olundu. Bundan əlavə, elan edildi ki, qondarma “parlament” Şuşaya köçürüləcək. Lakin bu da son deyildi. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qanunsuz məskunlaşdırma siyasəti, təcavüzkar ölkənin təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, həmçinin iyul və avqust aylarında ardıcıl olaraq Azərbaycan qarşı hərbi təxribatlara əl atması onun yeni müharibəyə başlayacağını bütün çılpaqlığı ilə ortaya qoydu.

“Azərbaycan Prezidenti beynəlxalq birliyi Ermənistanın əməlləri barədə vaxtaşırı məlumatlandırırdı. Fevralın 15-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyanla debatda Prezident İlham Əliyev tarixi və hüquqi arqumentlərə əsaslanaraq Ermənistanın mövqeyini darmadağın etdi və Paşinyanı dünya ictimaiyyətinin gözü qarşısında məğlubiyyətə uğratdı. Eyni zamanda, iyunun 18-də Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində çıxışı zamanı Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini qabartdı.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar etdi və bunun qarşısını almağa çağırdı. Beynəlxalq birliyin susqunluğundan daha da ürəklənən işğalçı Ermənistan isə yenə dayanmadı və sentyabrın 27-də qoşunların təmas xəttində daha genişmiqyaslı təxribata əl atdı. Lakin bu işğalçı ölkə üçün darmadağın və kapitulyasiya ilə nəticələndi. Belə ki, işğalçı dövlətin ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başladı. Dövlətimizin başçısının bildirdiyi kimi, müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir”, - deyə deputat qeyd edib.

V.İskəndərovun sözlərinə görə, bu savaşda ölkəmizin şanlı Qələbəsini şərtləndirən bır sıra amillər var. Əvvəla, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmışdı. Təbii ki, bu məsələdə dövlətimizin başçısının qatıldığı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı.

Digər bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, bəlli olduğu kimi, son 17 ildə Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar, maliyyə resurslarının səmərəli idarə edilməsi respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Azərbaycan məhz özünün güclü iqtisadi imkanlarına əsaslanmaqla ordu quruculuğunu davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin gücləndirilməsi, döyüş hazırlığının artırılması məqsədilə bütövlükdə Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Belə davamlı diqqət isə öz bəhrəsini verib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır və 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin gücünü həm düşmən ölkə, həm də bütün dünya gördü. Bundan başqa, Ordumuzun xilaskarlıq missiyası yerinə yetirməsi, həmçinin Azərbaycanda mövcud olan milli birlik, həmrəylik Vətən müharibəsində Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. Dövlətimizin başçısı da bəyan etdiyi kimi : “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Beləliklə, bütün bu sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

“Heç şübhəsiz bu müharibənin əsas qəhrəmanı Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir sıra təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət ölkəmizin Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi. Bir sözlə, Vətən müharibəsi bir daha Azərbaycan Prezidentinin müdrik və qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat olduğunu sübuta yetirdi”, - deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib YENİLƏNƏCƏK

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Azərpoçt” Silahlı Qüvvələri Günü ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərəcək

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir VİDEO