CƏMİYYƏT
Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq
![Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq](/files/2024/2/1200x630/17193268315384823682_1200x630.jpg)
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 26-27-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” və “narıncı” xəbərdarlıqlar verilib.
AZƏRTAC xəbər verir ki, Xidmət rəisi Nazim Mahmudov “sarı” və “narıncı” xəbərdarlıqlarla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsin, əlverişsiz hava şəraitində ehtiyatlı olsun, hündür ağacların altında dayanmasın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasın, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, - deyə N.Mahmudov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:16]
“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib
- 28.06.2024 [18:23]
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
- 28.06.2024 [18:18]