Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kazuyasu İşida: Qarabağ tezliklə insanların firavan yaşayacağı məkana çevriləcək VİDEO

Tokio, 18 mart, AZƏRTAC

Qarabağa səfərim burada baş verən prosesləri daha dərindən anlamaq, daha obyektiv məlumatlar əldə etmək və həmin məlumatları yapon ictimaiyyətinə çatdırmaq üçün çox gözəl imkan oldu. Əminliklə deyə bilərəm ki, Qarabağ tezliklə həyatın qaynadığı, insanların firavan yaşayacağı məkana çevriləcək.

Bu sözləri AZƏRTAC-ın müxbirinə məxsusi müsahibəsində yaponiyalı tanımış yutuber Kazuyasu İşida bildirib.

Müsahibəni oxucularımıza təqdim edirik.

- Hörmətli İşida-san, bu yaxınlarda Azərbaycana səfərdən qayıtmısınız. Koronavirus pandemiyasına qədər Azərbaycana çoxsaylı səfərləriniz, orada təşkil etdiyiniz sərgilər barədə oxucularımıza kifayət qədər məlumat vermişik. Bilirik ki, əvvəlki səfərlərdə siz əsasən iş adamı, bu dəfəki səfərdə isə tanınmış yutuber kimi iştirak etmisiniz. Bu səfərin məqsədi barədə nə deyə bilərsiniz?

- Bu dəfə Bakıya səfərim Yaponiyadakı Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə baş tutdu. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfərdə məqsəd Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlərə qatılmaq və işğaldan azad edilmiş ərazilərlə tanış olmaq idi. Yeri gəlmişkən, səfərin yüksək səviyyəli təşkilinə görə həm dövlət komitəsinə, həm Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinə, həm də AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə böyük minnətdarlığımı çatdırmaq istəyirəm.

Qeyd etdiyiniz kimi, mən Bakı, Naxçıvan, Şəki, Quba da daxil olmaqla, Azərbaycanın bir sıra şəhərlərində və digər rayonlarda dəfələrlə olmuşam. Həmin səfərlər zamanı ölkəniz sürətli inkişafı ilə yanaşı, multikultural və tolerant cəmiyyətə malik olması diqqətimi çəkib. Zəngin və qədim mədəniyyətiniz, xüsusən qonaqpərvərliyi ilə seçilən xalqınıza qarşı məndə böyük məhəbbət hissi yaranıb. Bu dəfə ki, səfər zamanı isə çoxdan arzusunda olduğum Qarabağla tanış olmaq imkanı qazandım. Bu imkanı mənə yaratdığına görə Azərbaycan hökumətinə bir daha minnətdarlığımı bildirirəm.

- Qeyd etdiyiniz kimi, səfər çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirlərdə iştirak etmisiniz. Bu barədə nə deyə bilərsiniz? Tədbirlər çərçivəsində qarşılaşdığınız insanlar, görüşləriniz barədə fikirləriniz bilmək maraqlı olardı.

- Əvvəla qeyd edim ki, ilk dəfə səfər etdiyim Qarabağ diyarı məni öz gözəlliyi ilə heyran etdi, bu bölgə insanlarının səmimiliyi ilə diqqətimi cəlb etdi. Səfər zamanı keçmiş Sovet İttifaqının dağılmasından sonra Qarabağda baş vermiş prosesləri, ermənilər tərəfindən törədilmiş vandallığı öz gözlərimlə gördüm. Həmin faciənin qalıqları, baş vermiş dağıntılar mənim qəlbimi ağrıtdı. Faciənin şahidi olmuş insanların danışdıqları isə məndə onu törədənlərə qarşı böyük qəzəb hissi yaratdı. Xocalıdan olan bir qadının faciə haqqında dedikləri məni kövrəltdi, göz yaşlarımı saxlaya bilmədim. Qış fəslində, soyuq havada uşaqlara, qadınlara və qocalara verilən işgəncələr barədə onun danışdıqları ürəyimi ağrıtdı. Ermənilər yerli əhalini uzun illər boyu yaşadıqları evlərindən, ata-baba ocaqlarından qovublar. Təsəvvür edirsiniz, işğalçılar dinc sakinlərə şəhəri tərk etmək üçün humanitar dəhliz də yaratmayıblar. Əksinə bu barədə yalan məlumat yayaraq, həmin yerdən keçmək istəyənləri güllələyiblər. Bu çox böyük faciədir. Ermənilərin bütün insanlığa qarşı yönələn, insan adına layiq olmayan hərəkətləri mənə çox pis təsir etdi. Düşünürəm ki, insanlar bu faciəni unutmamalı, əksinə ondan dərs almalı, gələcəkdə belə faciələrin bir daha baş verməməsi üçün əllərindən gələni etməlidirlər.

- Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğalda qalmış ərazilərinə səfəriniz sizdə hansı təəssüratları yaratdı? Yaponiyanın Hiroşima və Naqasaki kimi atom hücumuna məruz qalmış şəhərlərinə bənzədilən Ağdam, Füzuli şəhərləri, digər yaşayış məntəqələri sizdə hansı hissləri doğurdu?

- Tamamilə haqlısınız, Qarabağda qarşılaşdığım səhnələri Yaponiyanın atom bombası atılmış Hirosima və Naqasaki şəhərlərinə bənzətmək olar. Amma yapon şəhərlərində bu dağıntılar atom bombası ilə, Azərbaycanda isə ermənilər tərəfindən törədilib. Xüsusən, Ağdamda erməni işğalından sonra bir dənə də olsun salamat tikili qalmayıb. Bu şəhər Birinci Qarabağ müharibəsində ən çox zərər görən şəhər kimi tanınır. Şəhər işğal edilməmişdən əvvəl burada təxminən 20 minə yaxın azərbaycanlı yaşayıb. Müharibə vaxtı bu şəhəri güclü atəşə tutan ermənilər işğaldan sonra buranı tamamilə dağıdıblar, evlərin qapıları, pəncərələri, damları, hətta daşları belə sökülərək daşınıb. Şəhər yerlə-yeksan edilib desək, daha doğru olar. Ərazidəki dini və tarixi abidələrə böyük zərər vurulub. Ağdam məscidinin qalıqları məndə qarışıq hisslər doğurdu. Yerli əhali üçün bura müqəddəs yer, ibadətgah olub. İndiki vəziyyətinə baxdıqda heç məscid olduğu bilinmir.

Düşünürəm ki, şəhəri bərpa etmək və yenidən qurmaq üçün xeyli vaxt lazımdır. Ağdam, həmçinin minaların da ən çox basdırıldığı yer sayılır. Biz minaların təmizlənməsindən sonra torpaqda qalan boşluqları öz gözlərimizlə gördük, sayı-hesabı yox idi.

Füzuli şəhərinə də böyük ziyan vurulduğunun şahidi olduq. Aydın görünürdü ki, işğalçılar bu ərazilərdə yaşamağa yox, buraları dağıtmağa gəlmişdilər. Bu yerlərin onlar üçün doğma yer olmadığı açıq-aşkar görünür. Hər yerdə vandalizmin, vəhşiliyin izləri qaıb. Doğrusu, ermənilərin bu ərazilərin guya onların tarixi torpaqları olmasını deməsi ilə gördüklərimizin arasında çox böyük ziddiyyət var.

- Rəhbərlik etdiyiniz yutub kanalında paylaşdığınız materiallarda Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı böyük yenidənqurma və bərpa işlərindən də bəhs edirsiniz. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

- Ağdam və Füzuli şəhərləri ilə tanışlıqdan sonra biz Şuşaya yollandıq. Dağın başında yerləşən bu şəhər bizə qaranlıqdan sonra doğan Günəş təsiri bağışladı. Müharibənin başa çatmasından qısa vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti burada nəhəng işlər görüb. Şəhərə çəkilən yeni yol, burada bərpa edilən infrastruktur, dini və mədəniyyət abidələri Azərbaycanın bərpa və yenidənqurma işlərinə çox böyük məbləğdə vəsait ayırdığını təsdiq edir. Gecələdiyimiz “Xarıbülbül” mehmanxanası, şəhərdə aparılan quruculuq işləri burada həyatın tezliklə tam bərpa olunacağını deməyə əsas verir. Şuşada görkəmli şəxsiyyətlərin ev-muzeyləri, tarixi abidələr, Cıdır düzü məndə böyük təəssürat yaratdı.

Biz Füzuli Beynəlxalq Hava Limanında olarkən burada Azərbaycanın görünməmiş quruculuq işlərini sürətlə davam etdirməsinin şahidi olduq. İşğaldan yenicə azad edilmiş ərazidə belə bir aeroportun tikilməsi məni həqiqətən də heyran etdi. Paytaxtdan uzaqda belə müasir hava limanının inşası həqiqətən də çox möhtəşəm işdir. Mən hətta Yaponiyada paytaxtdan uzaq əyalətdə bu cür müasir hava limanı ilə qarşılaşmamışam. Burada, həmçinin yeni, müasir tələblərə cavab verən yollar salınır, elektrik stansiyaları inşa edilir, digər sosial və mədəni obyektlər sürətlə tikilir. Mən deyərdim ki, qısa müddətdə inşa edilmiş bu hava limanı Qarabağın qapısına çevriləcək. Türkiyədən, İrandan və başqa ölkələrdən gələn iş adamları məhz bu qapıdan Qarabağa daxil olaraq bu gözəl məkana invesitisiyalar yatıracaqlar. Əminliklə deyə bilərəm ki, Azərbaycanın çox böyük potensialı var.

- Azərbaycanın dostu olaraq ölkəmiz haqda həqiqətlərin Yaponiyada obyektiv və hərtərəfli tanıdılması üçün həm internet televiziyanızın, həm də “Cross Border Club 3.0” yutub kanalınızın imkanlarından geniş istifadə edirsiniz. Bu işdə Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə sıx əməkdaşlıq edirsiniz. Bununla bağlı gələcək planlarınızı bilmək maraqlı olardı.

- Doğrusunu deyim ki, bu səfərdən sonra Yaponiyada Azərbaycanın tarixinin öyrənilməsi istiqamətində işlərin daha da genişləndirilməsi qənaətindəyəm. Düşünürəm ki, Yaponlara Azərbaycan tarixinin müxtəlif məqamları, xüsusən Qarabağın tarixi, bu ərazidə baş vermiş tarixi proseslər barədə daha çox məlumat çatdırılmalıdır. Fikrimcə, hazırda Ukraynada baş verən proseslər Azərbaycanın ötən əsrin 90-cı illərində qarşılaşdığı problemləri yaponların daha tez anlamasına mühüm təsir edə bilər. Biz Yaponiyada yaşayan azərbaycanlılarla, xüsusən də Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə birlikdə bu işləri daha da intensivləşdirməli, yapon ictimaiyyətinə Azərbaycan həqiqətlərinin daha geniş və intensiv şəkildə çatdırılmasına çalışmalıyıq.

- Maraqlı müsahibə üçün çox sağ olun.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Kazuyasu İşida: Qarabağ tezliklə insanların firavan yaşayacağı məkana çevriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir